Yapon kosmik aparatı Aydan möhtəşəm şəkil göndərib

Yapon kosmik aparatı Aydan möhtəşəm şəkil göndərib. Parlaq işıqlı Ay kraterləri qara kosmos fonunda aydın görünür.
İndi “Hakuto-R” ilk yapon eniş aparatı Ay ətrafında dövr edir. Bu aparat cari il aprel ayının sonuna qədər Yer kürəsinin peykinin səthinə enməlidir. “Space” yazır ki, martın 27-də bu aparatı hazırlayan şirkət “Hakuto-R” aparatının çəkdiyi Ay səthinin yeni heyrətamiz şəklini göstərib.
Yaponiya tarixində ilk Ay eniş aparatı peykimizin səthinə enməyə hazırlaşır. O, martın 20-də Ayın orbitinə gəlib və o vaxtdan onun səthindən möhtəşəm şəkillər çəkir. Martın 27-də “Hakuto-R” aparatını hazırlayan şirkət yeni şəkil təqdim edib. Şəkildə qara kosmos fonunda Günəş işığı ilə parlaq şəkildə işıqlandırılan Ay kraterləri görünür. TED.az xarici KİV-lərə istinadla xəbər verir ki, qismən kölgələnən kraterlər və Ay səthinin digər xüsusiyyətləri də görünür.
Bu şəkil “Hakuto-R” eniş aparatında quraşdırılmış xüsusi kamera vasitəsilə çəkilib. Kamera “İspace” Tokio özəl şirkəti tərəfindən hazırlanıb. Bu aparat hələ keçən ilin dekabrında kosmosa buraxılıb və bir neçə ay ərzində kifayət qədər mürəkkəb marşrutla planetimizdən Aya kimi məsafəni qət edə bilib. Tarixdə ilk yapon Aya eniş aparatına heç nə mane olmasa, o, bu il aprel ayının sonuna qədər Ayın səthinə enməlidir.
“Hakuto-R” aparatının Aya uğurlu enişi Yaponiyanın ABŞ, keçmiş SSRİ və Çindən ibarət özünəməxsus “Ay klubuna” qoşulması və dünyada Yer kürəsinin süni peykinin səthinə aparatını endirə bilən dördüncü ölkə olması deməkdir.
“Hakuto-R”in Aya enişi, həmçinin tarixdə özəl şirkətin hazırladığı aparatın həyata keçirdiyi ilk eniş olacaq. Yeri gəlmişkən, aparatın göyərtəsində Birləşmiş Ərəb Əmirlikləri tərəfindən hazırlanmış “Rəşid” adlı kiçik Ay aparatı var. Xatırlatması yerinə düşər ki, 2019-cu ildə Hindistan və İsraildə hazırlanan eniş aparatları Aya enməyə cəhd ediblər, lakin bu cəhdlər uğursuz olub.
Dünya bölməsindən digər xəbərlər
Yolun sonu: Samsung məşhur telefonu üçün yeniləmə dəstəyini kəsdi!


Galaxy Z Flip FE üçün yaxşı və pis xəbər


iPhone 17 Pro-nun RAM tutumu ortaya çıxdı!


“Bakcell” “Ən uğurlu rebrendinq layihəsi” mükafatı ilə təltif olundu


“Volkswagen” konserninin gəliri rekord dərəcədə azalıb


ANAMA: Ötən ay piyada əleyhinə 302, tank əleyhinə 79 mina və 3047 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib


Qusarda altı yaşayış məntəqəsini birləşdirən yolun əsaslı təmirinə ilkin olaraq 1,5 milyon manat ayrılıb - SƏRƏNCAM


Britaniyada dövlət qulluqçuları bir il ərzində 3 mindən çox telefon və notbuk itirib


Yeni tədqiqat süni intellektin, yoxsa tələbələrin daha yaxşı esse yazdığını göstərib


Yeni kompüter oyunu: 3 gündə azı 1 milyon nüsxə satıldı


Süni intellekt insanları əvəz edə biləcək?


"Google" delfinlərin dilini öyrənəcək


Nazirlər Kabineti süni intellekt strategiyası ilə bağlı qərar verib


IBM yeni texnologiyaların inkişafına 150 milyard dollar yatıracaq


“Tərlan-2025” birgə PUA təliminin planlaşdırma konfransı keçirilib


Microsoft iki il ərzində Aİ məlumat mərkəzlərinin tutumunu 40 faiz artırmağı planlaşdırır


Media: Pentaqon orduda PUA-ların sayını artırmağı planlaşdırır


Bu gündən xəstəlik vərəqələri elektron formada veriləcək


Nağd ödəniş edənlərin cərimələnməsini nəzərdə tutan dəyişiklik son oxunuşda təsdiqlənib


Bu gündən ibtidai siniflərin 5 günlük yaz tətili başlayıb


Əlahiddə Ümumqoşun Ordunun komanda-qərargah təlimi keçirilib


ASCO I rübdə sərnişinlərə 700-ə yaxın elektron bilet satıb


İKTA: İnternetin sürətini ölçən serverlərdə boşluqlar aşkarlanıb


Həftənin ən çox oxunanları
Yolun sonu: Samsung məşhur telefonu üçün yeniləmə dəstəyini kəsdi!


iPhone 17 Pro-nun RAM tutumu ortaya çıxdı!


Galaxy Z Flip FE üçün yaxşı və pis xəbər

