AZ

Azərbaycanda 69 nəfər COVID-19-a yoluxub, 4 nəfər vəfat edib

0b41e1bda4a7afd6da83bbe0f669fa67.jpg
30.03.2023 17:20

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 69 yeni yoluxma faktı qeydə alınıb, 17 nəfər müalicə olunaraq sağalıb.

 

Nazirlər Kabineti yanında Operativ Qərargahdan TED.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən 4 nəfəri vəfat edib.

 

Azərbaycanda indiyədək ümumilikdə 829 660 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 819 134 nəfər müalicə olunaraq sağalıb, 10 182 nəfər vəfat edib, aktiv xəstə sayı 344 nəfərdir.

 

Ölkədə son sutka ərzində 957, hazırkı dövrədək isə 7 557 801 test aparılıb.

 

KORONAVİRUS bölməsindən digər xəbərlər

Daha çox