“Startup School” fəaliyyətə başlayır

“Enterprise Azerbaijan” portalı və ABŞ-nin Nevada Universitetinin “Özmən Sahibkarlıq Mərkəzi” ilə birgə yaratdığı “StartUp School”un rəsmi açılışı aprel ayının 3-də keçiriləcək.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən TED.az-a bildirilib ki, qeydiyyat müddətində müxtəlif ölkələrdən müraciət edən 200 layihə arasından ekspertlər tərəfindən seçilən layihə “StartUp School”da aprel ayı boyunca treninqlərə qoşulacaq. Treninqlərin sonunda ekspertlər tərəfindən seçilən 9 layihə (komanda) SABAH.Labın İnkubasiya Mərkəzində 2 həftə ərzində mentorluq proqramına qatılacaq.
Mükafatlandırma mərasimdə xüsusi ekspertlər tərəfindən layihələr arasından ilk 3 yerin qalibi müəyyənləşdiriləcək.
Qalib layihələrə: I yerin qalibinə ABŞ-də I2B treninqdə iştirak imkanı; II və III yerlərin qaliblərinə Dövlət Məşğulluq Agentliyi tərəfindən dəstək; II və III yerlərin qaliblərinə “SABAH.lab”ın akselerasiya proqramında iştirak imkanı; seçiləcək layihələrin “Startap Şəhadətnaməsi” üçün müraciətinə KOBİA tərəfindən sürətləndirilmiş dəstəyin göstərilməsi; “Fintech” nominasiyasında seçilən komandaya “PAŞA Bank”da təcrübə keçmək imkanı veriləcək.
“StartUp School” layihəsinə qoşulmaq üçün müraciət edən amma seçilməyən layihələrə “Enterprise Azerbaijan” İnkubasiya Mərkəzində və tərəfdaş qurumların inkubasiya və akselerasiya mərkəzlərinə rezidentlik təklif olunacaq. Onların startaplarına biznes planının inkişafı, bazar araşdırması və əməliyyatların idarə edilməsinə dəstək göstəriləcək, yerli və xarici bazarlara asan çıxış təmin olunacaq.
Qeyd edək ki, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin operatoru olduğu www.enterpriseazerbaijan.gov.az portalı Prezident İlham Əliyevin 2018-ci il 19 sentyabr tarixli “Qeyri-neft sektorunda rəqabətqabiliyyətli daxili istehsalın dəstəklənməsi ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncamına əsasən yaradılıb.
e-Azərbaycan bölməsindən digər xəbərlər
Yolun sonu: Samsung məşhur telefonu üçün yeniləmə dəstəyini kəsdi!


Galaxy Z Flip FE üçün yaxşı və pis xəbər


iPhone 17 Pro-nun RAM tutumu ortaya çıxdı!


“Bakcell” “Ən uğurlu rebrendinq layihəsi” mükafatı ilə təltif olundu


“Volkswagen” konserninin gəliri rekord dərəcədə azalıb


ANAMA: Ötən ay piyada əleyhinə 302, tank əleyhinə 79 mina və 3047 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib


Qusarda altı yaşayış məntəqəsini birləşdirən yolun əsaslı təmirinə ilkin olaraq 1,5 milyon manat ayrılıb - SƏRƏNCAM


Britaniyada dövlət qulluqçuları bir il ərzində 3 mindən çox telefon və notbuk itirib


Yeni tədqiqat süni intellektin, yoxsa tələbələrin daha yaxşı esse yazdığını göstərib


Yeni kompüter oyunu: 3 gündə azı 1 milyon nüsxə satıldı


Süni intellekt insanları əvəz edə biləcək?


"Google" delfinlərin dilini öyrənəcək


Nazirlər Kabineti süni intellekt strategiyası ilə bağlı qərar verib


IBM yeni texnologiyaların inkişafına 150 milyard dollar yatıracaq


“Tərlan-2025” birgə PUA təliminin planlaşdırma konfransı keçirilib


Microsoft iki il ərzində Aİ məlumat mərkəzlərinin tutumunu 40 faiz artırmağı planlaşdırır


Media: Pentaqon orduda PUA-ların sayını artırmağı planlaşdırır


Bu gündən xəstəlik vərəqələri elektron formada veriləcək


Nağd ödəniş edənlərin cərimələnməsini nəzərdə tutan dəyişiklik son oxunuşda təsdiqlənib


Bu gündən ibtidai siniflərin 5 günlük yaz tətili başlayıb


Əlahiddə Ümumqoşun Ordunun komanda-qərargah təlimi keçirilib


ASCO I rübdə sərnişinlərə 700-ə yaxın elektron bilet satıb


İKTA: İnternetin sürətini ölçən serverlərdə boşluqlar aşkarlanıb


Həftənin ən çox oxunanları
Yolun sonu: Samsung məşhur telefonu üçün yeniləmə dəstəyini kəsdi!


iPhone 17 Pro-nun RAM tutumu ortaya çıxdı!


Galaxy Z Flip FE üçün yaxşı və pis xəbər

