AZ

Prezident 4 yaşayış məntəqəsini birləşdirən yolun tikintisinə 6,7 milyon manat ayırıb - SƏRƏNCAM

bc47b2f0529585d01b912eeb1eb0f9cc.jpg
31.03.2023 13:50
Prezident İlham Əliyev Zaqatala rayonunun Yevlax-Zaqatala-Gürcüstanla dövlət sərhədi (150 km)-Əliabad-Bəhmətli-Kürdəmir-Lahıc avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb.
 
TED.az xəbər verir ki ki, Sərəncamda deyilir: 
 
On doqquz min nəfər əhalinin yaşadığı 4 yaşayış məntəqəsini birləşdirən Yevlax-Zaqatala-Gürcüstanla dövlət sərhədi (150 km)-Əliabad-Bəhmətli-Kürdəmir-Lahıc avtomobil yolunun tikintisi məqsədilə "Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü"nün 1.31.10-cu yarımbəndinə uyğun olaraq, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 6,7 milyon (altı milyon yeddi yüz min) manat ayrılsın.
 
1. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.
 
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

TED + bölməsindən digər xəbərlər

Daha çox