AZ

2023-cü ildə Türkiyənin Radar Araşdırmaları və Gələcək Proyeksiyası – ASELSAN aparıcı gücdür

b87c69aa76fed6b063d8117f3ba81dae.jpg
31.03.2023 16:57

1991-ci ildə Türkiyə Müdafiə Sənayesi İcraiyyə Komitəsinin qərarına uyğun olaraq ASELSAN Türkiyə Silahlı Qüvvələrinin radar ehtiyaclarını qabaqcıl texnologiya radar sistemləri ilə qarşılamaq üçün Türkiyənin Radar Texnologiyaları Mərkəzi olaraq fəaliyyətini davam etdirir. ASELSAN çip səviyyəsindən başlayaraq inkişaf, inteqrasiya və sınaq işləri aparır. Dördüncü Hərbi Radar və Sərhəd Təhlükəsizliyi sammitində çıxış edən ASELSAN baş direktorunun müavini Mustafa Akkul əhəmiyyətli bir təqdimat edib. Bu yazı Akkulun təqdimatına uyğun olaraq hazırlanıb.

 

Hazırda ASELSAN tərəfindən 35 müxtəlif radar istehsal olunub və əksəriyyəti kiçik ölçülü olan 1500-dən çox radar aktiv xidmətdədir. Bundan əlavə, şirkətin 29 ədəd inkişaf mərhələsində olan radarı mövcuddur. Hazırda həyata keçirilən 12 radar layihəsi isə ASELSAN-ın 2030-cu illərdə inkişaf etdirilməsi nəzərdə tutulan radar layihələrinin alt çalışmaları arasındadır. 2022-23-cü illər üçün hədəflərə baxıldığında ASELSAN-ın “S-Band” radar araşdırmalarını tamamladığı görünür. “S-Band” radarlarını Uzun Mənzilli Silah Aşkarlama Radarları və Erkən Xəbərdarlıq Radar Sistemi (EXRS) kimi təsvir etmək olar . EXRS sistemi tezliklə Fransanın “Thales” lisenziyası ilə Türkiyədə istehsal olunan TRS-22XX radarlarını əvəz edəcək. Bu çərçivədə, ilk EXRS zavod qəbul testlərini tamamlayaraq müvəqqəti olaraq Adanada yerləşdirilmiş TRS-XX22 radarını əvəz edib. Portativ EXRS və Sabit EXRS-in istehsal saylarının 2030-cu ilə qədər təxminən 18 olacağı bildirilir.

 

ASELSAN quru radarlarından əlavə, döyüş təyyarələri üçün də ön hissədə yerləşdiriləcək radar hazırlayır. Digər tərəfdən F16, AKINCI, HÜRJET və KIZILELMA üçün radar çalışmaları davam edir. MMU üzrə tədqiqatlar digər layihələrlə müqayisədə bir qədər geridədir. İlk məhsulların 2023-cü ilin sonunda texnologiyaya hazırlıq səviyyəsi yüksəldiyi zaman başlanacaq layihə ilə ortaya çıxacağı gözlənilir.

 

SİPER Hava Hücumundan Müdafiə (HHM) Sistemində xidmət edəcək Aşağı Hündürlük Radar (AHR) və Erkən Xəbərdarlıq Radarı ilə bağlı inkişaflar tamamlanıb və sistemlər təhvil verilib. Bu çərçivədə, sözügedən radarlardan SİPER HHM Sisteminin sınaqlarında aktiv şəkildə istifadə olunur. ALTAY tankının qorunması üçün həyati əhəmiyyət daşıyan AKKOR radarının qəbul sınaqları isə davam edir.

 

Gələcək Hədəflər

 

Qlobal miqyasda radarların çoxfunksiyalı istifadəsi təşəbbüsləri və bu istiqamətdə ehtiyaclar artır. Artıq radarları tək və monostatik olmaqdan çıxarmaq və daha çox şəbəkə əsaslı multi-statik strukturlarda istifadə etmək lazımdır. Yenə ballistik raket izləmə qabiliyyətinə malik radar araşdırmaları ilə yanaşı, peyk əsaslı radar araşdırmaları da ön plana çıxır. Bu məsələlərin əhəmiyyəti ASELSAN tərəfindən izlənilir və araşdırmalar planlaşdırılır. Bu gün xüsusən peykdən yerin müəyyən bölgələrindəki dəyişiklikləri aşkar etmək üçün SAR/GMTI (Ground Moving Target Indicator) radarlarına ehtiyac var. Türkiyədə bu istiqamətdə GÖKTÜRK-3 layihəsi olsa da, uzun müddətdir onunla bağlı inkişaf yoxdur.

 

Hər funksiya üçün ayrıca radardan istifadə müxtəlif problemlər yaradır. Çoxfunksiyalı radar tədqiqatları bu baxımdan vacibdir. Bu gün hətta gəmilərdə belə hər funksiya üçün fərqli radar yerləşdirmək arzuolunan deyil. Hətta dəniz platformalarında belə, aşağı aşkarlanma qabiliyyəti mühüm tələbə çevrilib. Bu səbəblə antena boşluqlarının sayını azaldaraq aşağı aşkarlanma qabiliyyətinə töhfə vermək hədəflənir. Gəmilərdə həcmi darama, erkən xəbərdarlıq, hava hücumundan müdafiə, idarə olunan raket tuşlamasını təminetmə kimi müxtəlif missiyalarda istifadə edilən radarları bir neçə müstəqil radarla həyata keçirmək artıq üstünlük verilən seçim deyil. Gəminin gövdəsinə yerləşdirilmiş 3-4 istiqamətə baxan sabit AESA radarları ilə gələcəkdə bütün tapşırıqların yerinə yetirilməsi qaçılmaz olacaq.

 

Məlumata görə, ASELSAN və Bilkent Universiteti ilə ortaq şəkildə qurulan “AB Mikronano” tərəfindən istehsal edilən ilk “S-Band” yerli tranzistorlar ASELSAN Erkən Xəbərdarlıq Radar Sistemində istifadə olunmağa başlayıb. F-16 döyüş təyyarələri və AKINCI PUA-sı üçün hazırlanmış MURAD AESA radarında yerli “GaN” çipləri ehtiva edən modulların istifadəsi üzrə işlər davam edir. Bu çərçivədə ilk yerli modulların 2024-cü ildə istifadə edilməsi hədəflənir. Bundan əlavə, sözügedən ilk radar prototiplərinin 2023-cü ildə AKINCI-da istifadə edilməsi planlaşdırılır. Həmin məhsullarda xaricdən gətirilən çipləri ehtiva edən modullardan istifadə edilir.

 

“GaN”la təchiz edilmiş AESA radarı əvvəlki nəsil radarlardan daha yüksək performans təklif edir. Bu radarlarda istifadə edilən qalium nitrid yarımkeçirici materialı digər materiallardan daha yüksək tezlik diapazonunda işləyə bilən daha güclü və davamlı radiotezlik çıxışı yaradır. Bu isə daha dəqiq aşkarlama, izləmə və identifikasiya etməyə imkan verir.

 

Anten dizaynı ASELSAN-ın güclü olduğu başqa bir sahədir. Bu çərçivədə hər cür antena (RadioElektron Mübarizə və Radar tətbiqləri) üzərində işlər aparılır. Radar sistemlərindəki ən mühüm məsələlərdən biri də doğru “waveform” (dalğa forması) seçimləri ilə REM sistemlərində görünmədən işləyə bilməkdir. Bu nöqtədə siqnalın işləmə də ön plana çıxır. ASELSAN bununla bağlı universitetlərlə (Bilkent, ODTÜ, TOBB) birgə araşdırmalar aparır.

 

AESA radarının ən çətin hissələrindən biri proqram prosesləridir. Bundan əlavə, ASELSAN mövzu ilə bağlı Süni Zəka araşdırmalarına da diqqət yetirir. REM sistemlərində səs, nitq tanıma və sözbəsöz identifikasiyaya qədər alqoritmlər ASELSAN-da öyrənilir və müxtəlif həllər müzakirə olunur. Bundan əlavə, koqnitiv/adaptiv (Cognitive - ətraf mühiti aşkarlayan, ətraf mühitdən hədəf və fon haqqında müvafiq məlumatları öyrənən, sonra isə öz vəzifələrinin ehtiyaclarını ən yaxşı şəkildə ödəmək üçün radar sensorunu istənilən hədəfə uyğunlaşdıran idrakın qavrayış-fəaliyyət dövrünə əsaslanan sistem.) radarlar gələcək üçün mühüm hədəf kimi qəbul olunur. Hazırda öz-özünə öyrənmə və özünü formalaşdırma işləri dünyada müzakirə olunur.

 

Avtomatik hədəf identifikasiyası texnologiyaları da ASELSAN tərəfindən öyrənilir. Bununla bağlı ANKA PUA-sında olan SARPER radarı ilə bağlı təsviretmə layihəsi tamamlanıb. Alqoritmlər, SARPER ilə görüntülər həyata keçirilməklə inkişaf etdirilib. TÜBİTAK və MİLSOFT tərəfindən uğurlu nəticələr əldə edilib. Proqram nəticəsində dəniz hədəflərindən başlayaraq birbaşa hansısa əlavə məlumata ehtiyac duyulmadan hədəfin identifikasiyası həyata keçirilə bilər.

 

Şəbəkəyə əsaslanan radar əməliyyatı da bu gün mühüm məsələyə çevrilir. Hal-hazırda RADNET-də qurulmuş bütün radarların məlumatların vahid mərkəzə ötürüldüyü strukturdan fərqli bir konsepsiya hədəflənir. Bu çərçivədə radarların birlikdə işləməsi lazımdır. Yəni iz birləşməsi deyil, hədəf və radar həndəsəsinin üstünlüklərindən faydalana biləcək bir quruluş təmin edilməlidir. Bu da qarışdırmaya qarşı qorunma təmin edir. Çünki sistemdə olan bir radarın qarışdırılması vəziyyətində belə, digər radarlar təsbit etməyə davam edə bilir. Stels təyyarələrə qarşı fərqli bucaqlardakı radarların əks-sədalarından istifadə edərək müxtəlif bucaqlardan gələn siqnalların qiymətləndirilməsi hədəflənir. Bir-birinin tezliyini, dalğa formalarını və vaxtı sinxronlaşdırmaq üçün əhəmiyyətli texnologiyalar tələb olunur və çox geniş diapazonlarda əlaqə qura bilən şəbəkə əsaslı struktur nəzərdə tutulur.

 

Multistatik radarlar isə görünmədən görmə baxımından radarlara üstünlük təmin edir. Qəbuledicilərin yerinin bilinməməsi bu vəziyyəti təmin edir. Bununla belə, sözügedən radarlar zaman və tezlik müddətlərində sinxronlaşdırılmalıdır.

 

Kiçik antena boşluqlarına sığa bilən kompakt filtrlər, daha güclü və səmərəli qüvvətləndirici strukturları və onların paketlənməsi və rəqəmsallaşdırmanın artması sayəsində saniyədə yüzlərlə giqabit məlumatı emal edə və ötürə bilən PCB və prosessor strukturlarına ehtiyac da artır.

 

Nəticə

 

Bu gün biz ASELSAN-ın hazırkı radar texnologiyalarını tam anladığını və gələcək inkişafları yaxından izlədiyini görürük. Əslində yerli “GaN” tranzistorlarının ilk nümunələrinin istehsalı və inteqrasiyası Türkiyə üçün çox böyük bir addımdır. Ən kiçik radar vahidlərindən biri olaraq xarakterizə edə biləcəyimiz “GaN” çipləri də adlandırılan bu komponentlərdən asılılıq böyük miqyaslı istehsalın qarşısında əhəmiyyətli bir hissəni təşkil edir. Lakin digər tərəfdən məlumatların emalı və müxtəlif vəzifələrin konfiqurasiyası zamanı istifadə olunan FPGA kimi xarakterizə edilən kartların və digər yarımkeçiricilərin istehsal və dizayn imkanlarının Türkiyədə çox məhdud olması mühüm zəiflik kimi ortaya çıxır.

 

Yenə də, koqnitiv radarlar, şəbəkə əsaslı paylanmış radar tətbiqləri və multistatik radarlar kimi gələcək üçün kritik mövzularda investisiyaların davamlılığı Türkiyənin bu sahədə ən rəqabətədavamlı ölkələrdən biri olması üçün vacib məsələ kimi qarşıya çıxır.

Dünya bölməsindən digər xəbərlər

Daha çox