“StartupFest Gəncə” proqramının final tədbiri keçirilib

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin və Asiya İnkişaf Bankının birgə həyata keçirdiyi “Yerli Texnoloji Startapların İnkişafının Təşviqi” layihəsi çərçivəsində Gəncə- Daşkəsən iqtisadi rayonunu əhatə edən “StartupFest Gəncə” proqramının final tədbiri keçirilib.
TED.az xəbər verir ki, Dövlət Agentliyinin sədr müavini Ceyhun Salmanov iştirakçılara və komandalara innovasiyaların, startapların inkişafı, bu istiqamətdə həyata keçirilən dəstək tədbirləri barədə məlumat verib.
Eyni zamanda Asiya İnkişaf Bankının Azərbaycandakı daimi nümayəndəliyinin rəhbəri MakDeyqan, Gəncə şəhərində yerləşən ali məktəblərin rəsmiləri də çıxış ediblər.
Vurğulanıb ki, tədbirin Gəncə şəhərində keçirilməsi məhz region gəncləri üçün innovativ düşüncə tərzinin formalaşdırılması, qlobal trendlərin izlənilməsi və startap ekosisteminin inkişafı baxımından önəmli xarakter daşıyır.
2 ay davam edən “StartupFest Gəncə” proqramı çərçivəsində startap ideyaları olan 70-dən artıq komanda, 200-dən çox gənc müraciət edib və ilkin mərhələdə seçilən 12 komandaya 8 müxtəlif moduldan ibarət akselerasiya proqramı keçirilib. Modullar çərçivəsində komandalar təlimlərdən əldə etdikləri bilikləri startap ideyaları üzrə prototiplərin hazırlanmasında istifadə ediblər.
Tədbirdə startap komandaları ideyalarını təqdim edib və jürilər tərəfindən qiymətləndiriblər. Jürilərin səsverməsi nəticəsində qalib seçilən komandalara hədiyyələr təqdim edilib.
Startaplar bölməsindən digər xəbərlər
Yolun sonu: Samsung məşhur telefonu üçün yeniləmə dəstəyini kəsdi!


Galaxy Z Flip FE üçün yaxşı və pis xəbər


iPhone 17 Pro-nun RAM tutumu ortaya çıxdı!


“Bakcell” “Ən uğurlu rebrendinq layihəsi” mükafatı ilə təltif olundu


“Volkswagen” konserninin gəliri rekord dərəcədə azalıb


ANAMA: Ötən ay piyada əleyhinə 302, tank əleyhinə 79 mina və 3047 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib


Qusarda altı yaşayış məntəqəsini birləşdirən yolun əsaslı təmirinə ilkin olaraq 1,5 milyon manat ayrılıb - SƏRƏNCAM


Britaniyada dövlət qulluqçuları bir il ərzində 3 mindən çox telefon və notbuk itirib


Yeni tədqiqat süni intellektin, yoxsa tələbələrin daha yaxşı esse yazdığını göstərib


Yeni kompüter oyunu: 3 gündə azı 1 milyon nüsxə satıldı


Süni intellekt insanları əvəz edə biləcək?


"Google" delfinlərin dilini öyrənəcək


Nazirlər Kabineti süni intellekt strategiyası ilə bağlı qərar verib


IBM yeni texnologiyaların inkişafına 150 milyard dollar yatıracaq


“Tərlan-2025” birgə PUA təliminin planlaşdırma konfransı keçirilib


Microsoft iki il ərzində Aİ məlumat mərkəzlərinin tutumunu 40 faiz artırmağı planlaşdırır


Media: Pentaqon orduda PUA-ların sayını artırmağı planlaşdırır


Bu gündən xəstəlik vərəqələri elektron formada veriləcək


Nağd ödəniş edənlərin cərimələnməsini nəzərdə tutan dəyişiklik son oxunuşda təsdiqlənib


Bu gündən ibtidai siniflərin 5 günlük yaz tətili başlayıb


Əlahiddə Ümumqoşun Ordunun komanda-qərargah təlimi keçirilib


ASCO I rübdə sərnişinlərə 700-ə yaxın elektron bilet satıb


İKTA: İnternetin sürətini ölçən serverlərdə boşluqlar aşkarlanıb


Həftənin ən çox oxunanları
“Bakcell” “Ən uğurlu rebrendinq layihəsi” mükafatı ilə təltif olundu


Yolun sonu: Samsung məşhur telefonu üçün yeniləmə dəstəyini kəsdi!


Galaxy Z Flip FE üçün yaxşı və pis xəbər


iPhone 17 Pro-nun RAM tutumu ortaya çıxdı!

