AZ

“WhatsApp”dan yeni funksiya

 

771b0b521f1305503bc268d0a578892c.jpg
29.05.2023 16:57

“WhatsApp” messencerinin tərtibatçıları proqramda yeni funksiya üzərində işləyirlər.

 

TED.az xəbər verir ki, istifadəçilər telefon nömrəsi olmayan kontaktı tapmaq asanlaşdırmaq üçün özləri üçün ləqəb yarada biləcəklər.

 

"Bu potensial olaraq kontaktların əlavə edilməsini asanlaşdıracaq və daha çox məxfilik təmin edəcək, çünki şəxsi telefon nömrənizi heç kimlə paylaşmağa ehtiyac olmayacaq", - deyə bildirilib.


Funksiya artıq aktiv inkişaf mərhələsindədir və gələcək messencer yeniləməsində görünəcək.

 

Çox vaxt yeni WhatsApp funksiyaları əvvəlcə Android proqramında görünür, sonra isə iOS tətbiqinə yayılır.

Texnologiya bölməsindən digər xəbərlər

Daha çox