AZ

Türkiyədə aprel ayında kart ödənişləri artıb

 

31c2b8d7f7fb0d591f68865efc309cd6.jpg
01.06.2023 22:20

Türkiyə Banklararası Kart Mərkəzi (BKM) aprel ayı üzrə məlumatlarını açıqlayıb.

 

TED.az "Bloomberg"ə istinadən xəbər verir ki, aprel ayında kredit kartları, debet kartları və qabaqcadan ödəniş kartları ilə edilən ödənişlərin ümumi məbləği keçən ilin eyni dövrünə görə 119%  artıb.

 

Buna görə aprel ayı sonunda Türkiyədə 105,8 milyon kredit kartı, 176,1 milyon bank kartı və 77,3 milyon ön ödənişli kart sayına çatıb. 2022-ci ilin aprel ayı ilə müqayisədə kredit kartlarının sayı 19 faiz, debet kartlarının sayı 14 faiz, əvvəlcədən ödənilmiş kartların sayı isə 27 faiz artıb.

 

Debet kartı ilə ödəniş 145 faiz, kredit kartı ilə ödəniş 114 faiz artıb.

Dünya bölməsindən digər xəbərlər

Daha çox