AZ

“Apple Music Classical” artıq Android-də mövcuddur

 

 

f1f41fa2acd033db6d496181f2138ff1.jpg
01.06.2023 22:57

Amerikanın “Apple” şirkəti Android üçün “Apple Music Classical” tətbiqini buraxıb. Onu “Google Play”dan yükləmək mümkündür. Qeyd edək ki, daha əvvəl bu proqram yalnız iOS istifadəçiləri üçün olub.

 

TED.az bu barədə Kommersant-a istinadən xəbər verir.

 

Tətbiqdə pleylistin xüsusiyyətləri, eksklüziv albomlar və bəstəkar haqqında maraqlı faktlar yer alır. Siz tətbiq daxilində bəstəkar, əsər, dirijor və ya kataloq nömrəsi ilə axtarış edə bilərsiniz.

 

“Apple” 2021-ci ilin avqustunda “Primephonic” klassik musiqi xidmətini alıb, bundan sonra şirkət bağlanıb və bütün kontent “Apple Music”ə keçib.

Texnologiya bölməsindən digər xəbərlər

Daha çox