AZ

Sertifikat xidmətlərinin göstərilməsi qaydalarında dəyişiklik edildi – Elektron formada verilən sertifikat isə…

c2d975c1c12ddf16b1eaceedfaad2e6a.jpg
07.09.2019 13:30

Baş nazir Novruz Məmmədov Nazirlər Kabinetinin 2006-cı il yanvarın 28-də təsdiq etdiyi “Sertifikat xidmətlərinin göstərilməsi, sertifikatın verilməsi və reyestrin aparılması Qaydaları”nda dəyişiklik edilməsi barədə qərar qəbul edib.

 

TED.az xəbər verir ki, dəyişikliyə əsasən, imza sahibi sertifikatı kağız daşıyıcısında istədikdə Sertifikat Xidmətləri Mərkəzinin rəsmi blankında 1 nüsxədə tərtib ediləcək və imza sahibi tərəfindən imzalanacaq. Daha sonra Mərkəzin səlahiyyətli şəxsinin imzası və möhürü ilə təsdiq olunaraq imza sahibinə təqdim ediləcək. Elektron formada verilən sertifikat isə mərkəzin gücləndirilmiş imzası ilə təsdiq ediləcək və imza sahibinin ərizəsində qeyd olunan elektron poçt ünvanına və ya mərkəzin elektron informasiya sistemində imza sahibi üçün yaradılmış elektron qutusuna göndəriləcək.

 

Eyni zamanda, imza sahibi sertifikatın qüvvədəolma müddəti başa çatanadək yeni sertifikatın alınması üçün mərkəzə elektron müraciət edə biləcək.

 

Qərar artıq qüvvəyə minib.

e-Azərbaycan bölməsindən digər xəbərlər

Daha çox