AZ

Azərbaycan məktəbliləri üçün mötəbər təhsil proqramı – kral ailələrinin övladları ilə eyni təhsil

fa681d5469e7aa553cc8087b400f3d95.jpg
08.08.2023 13:13

Beynəlxalq təhsil sahəsində ən mötəbər və tanınmış United World Colleges (UWC) – yəni Birləşmiş Dünya Kolleclərində təhsil imkanları artıq azərbaycanlı şagirdlər üçün də mümkündür.

 

Bir qədər Birləşmiş Dünya Kollecləri haqqında

 

Əsası 1962-ci ildə İngiltərədə “Soyuq müharibə” zamanında qoyulan UWC-nin yaradılmasında əsas məqsəd müxtəlif millətlərdən yeniyetmələri sülh və birlik şüarı altında birləşdirməkdən, onların gələcəkdə beynəlxalq sülh naminə çalışmaları üçün lazımlı mənbələri təqdim etməkdən ibarətdir. 

 

UWC məktəblərində hər ölkədən, hər sosial təbəqədən olan ən istedadlı gəncləri bir araya gətirib mürəkkəb İB proqramı üzrə təhsil verməklə yanaşı, sülhsevərlik, humanistlik və yardımlaşma kimi nəcib insani keyfiyyətləri də şagirdlərinə aşılamaqla məhşurlaşıb. Beləliklə, UWC təhsili almış gənclər yaşadıqları ölkələrə qayıdaraq böyük nailiyyətlərə imza atırlar. Məhz buna görə bu məktəblərdə Nelson Mandelanın övladları və nəvələri, İspaniya kralllığının şahzadələri, dünyanın inkişaf etmiş ölkələrinin yüksək vəzifəli rəhbərləri, müasir yazıçılar, astronavtlar, rejissorlar təhsil almağa üstünlük verirlər.

 

Hazırda dünyanın 150-dən çox ölkəsində fəaliyyətdə olan Milli Komitələr vasitəsilə seçilən yeniyetmələr 4 ayrı qitədə və 18 fərqli ölkədə yerləşən kolleclərdə tam və ya qismən təqaüdlə təhsil alırlar. UWC məzunlarına dünyanın ən məhşur ali təhsil ocaqlarının qapısı hər zaman açıqdır. Yüksək ideallarla tədris keçmiş UWC məzunları əmək fəaliyyətlərini istər dövlət, istərsə də özəl sektorun rəhbər vəzifələrində aparır, sülh və firavanlıq üçün əllərindən gələni edirlər.

 

Səkkiz azərbaycanlı məktəbli artıq UWC-nin tələbələridir

 

2021-ci ildən etibarən könüllü əsasda fəaliyyətə başlayan UWC Azərbaycan Milli Komitəsi unikal UWC fürsətini azərbaycanlı gənclər üçün əlçatan etmişdir. Komitənin fəaliyyəti nəticəsində əldə olunmuş təqaüdlər hesabına artıq 3 azərbaycanlı şagirdimuz UWC-nin Hollandiya, Hindistan və Yaponiyada yerləşən kolleclərində uğurla təhsil alırlar. 2023-2025-ci illərdə davam edəcək növbəti tədris müddəti üçün isə 5 azərbaycanlı şagird UWC-nin Norveç, Honkonq, Hindistan, Çin və İtaliyada yerləşən kolleclərində təhsillərinə başlayacaqlar.

 

UWC maddi gəlirindən, milliyətindən, dinindən və ya hər hansı başqa xüsusiyyətlərindən asılı olmayaraq bütün uşaqlar üçün eyni fürsəti təqdim edir. UWC təhsili Azərbaycanın ən ucqar kənd və rayonları da daxil olmaqla hər kəs üçün əlçatandır.  Əsas şərt şagirdin çalışqan olması, ətrafındakı insanlara kömək əlini üzatmaq istəməsi, sülhpərvər və məsuliyyətli olmasıdır. Çünki UWC sadəcə tədris ocağı deyil, eyni zamanda ən nəcib insani keyfiyyətlərin təşviq olunduğu bir mərkəzdir.

 

“UWC Azərbaycan” ailəsi böyüməkdə davam edir

 

Avqustun 6-da Milli Komitənin qurucu üzvlərindən Çingiz Camaloğlu, Aytən Şahmarova, Günel İsakova və yeni üzvü Anita Keşri unikal UWC fürsətini təqdim etdikləri şagirdlər və onların valideynləri ilə görüşüb. Görüşdə UWC Li Po Chun kollecinin, eləcə də Harvard və Stenford Universitetlərinin məzunu Çingiz Camaloğlu həm ümumilikdə UWC hərəkatı, həm də şəxsi təcrübəsindən danışdı. Harvard Universitetində qısa müddətli ixtisasartırma proqramının məzunu, ABŞ, Böyük Britaniya və Fransa dövlət proqramlarının qalibi Aytən Şahmarova isə Milli Komitənin fəaliyyəti və nailiyyətləri barədə şagirdləri və valideynlərini məlumatlandırdı. Bristol Universitetinin, ABŞ və Böyük Britaniya dövlət proqramlarının məzunu Günel İsakova şagirdləri UWC məktəblərində Azərbaycanı fəal şəkildə təmsil etməyə çağırdı.

 

Bu mötəbər proqram haqqında necə məlumat əldə etmək olar?

 

Dünyanın ən nüfuzlu kolleclərindən sayılan, məzunları arasında Avropanın kral ailələrinin varisləri, Avropa, Asiya və Amerikanın istər dövlət, istərsə də özəl sektorunda rəhbər vəzifəli şəxslərinin olduğu UWC  kollelərində təhsillərini davam etdirmək istəyən məktəblilərimiz və ya onların valideynləri komitənin sosial şəbəkə hesablarını izləməklə məlumat ala bilərlər.

 

https://www.facebook.com/UWCAzerbaijan

https://www.instagram.com/uwcazerbaijan/ 

Elm bölməsindən digər xəbərlər

Daha çox