Peşə məktəbi müəllimlərinin işə qəbulu müsabiqəsinə başlanılır
Peşə məktəbi müəllimlərinin işə qəbulu müsabiqəsinə başlanılır

Bu gündən peşə təhsil müəssisələrinə yüksək texniki peşə təhsil səviyyəsi üzrə tədrisi aparacaq müəllimlərin işə qəbulu müsabiqəsinə başlanılır.
Bu barədə TED.az-a Peşə Təhsili üzrə Dövlət Agentliyindən məlumat verilib.
Bildirilib ki, yüksək texniki peşə təhsil səviyyəsi üçün peşəkar müəllim heyətinin işə qəbulu Bakı, Gəncə, Bərdə, Qəbələ və Cəlilabad şəhərləri üzrə aparılacaq. Müsabiqə çərçivəsində yüksək texniki peşə təhsil səviyyəsi üzrə ümumilikdə 5 şəhər üzrə 19 vakant yer elan olunub. Peşə təhsil müəssisələrinə sözügedən təhsil səviyyəsi üzrə müəllimlərin işə qəbulu 2 mərhələdən ibarətdir: Elektron müraciət mərhələsi və Müsahibə mərhələsi.
30 avqust saat 18:00-dək davam edəcək I mərhələ zamanı müraciətçilərin “Müraciət forması”nı bölmələr üzrə tam doldurması tələb olunur. Müraciət zamanı hər bir namizədə yalnız bir şəhər üzrə ən çoxu 2 vakansiya seçmək hüququ verilir. İxtisas və peşə təhsil müəssisələri üzrə vakant yerlərin siyahısı ilə qeyd edilən keçiddən tanış ola bilərlər.
Müsahibə mərhələsinə keçid almış uğurlu namizədlərlə anketdə qeyd edilən email ünvanı vasitəsilə müraciət müddəti bitdikdən sonra 10 gün ərzində əlaqə saxlanılacaq. Seçim zamanı müvafiq ixtisas üzrə təhsil və iş təcrübəsinə, təhsil müəssisəsində tədris təcrübəsinə, həmçinin xaricdə təhsilin olmasına üstünlük veriləcəkdir.
Qeyd edilib ki, yüksək texniki peşə təhsil səviyyəsi üzrə müəllimlərin işə qəbul müsabiqəsində uğur qazanacaq namizədlər aşağıda qeyd olunan üstünlüklərdən faydalana biləcəklər.
• Müasir infrastruktura malik təhsil müəssisələrində işləmək imkanı;
• Yerli və beynəlxalq təlimlərdə iştirak;
• Rəqabətli əmək haqqı;
• Daimi və ya saat hesabı tədrisə cəlb imkanı.
Elan edilmiş vakant yerlər yüksək texniki peşə təhsil səviyyəsinin tədris olunacağı Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi, Mədəniyyət və Sənətkarlıq üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi, Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi, Sənaye və Texnologiyalar üzrə Gəncə Dövlət Peşə Təhsil Mərkəzi, Qəbələ Dövlət Peşə Təhsil Mərkəzi, Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzi və Bərdə Peşə Liseyində yer almaqdadır.
VAKANSİYA bölməsindən digər xəbərlər
Yolun sonu: Samsung məşhur telefonu üçün yeniləmə dəstəyini kəsdi!


Galaxy Z Flip FE üçün yaxşı və pis xəbər


iPhone 17 Pro-nun RAM tutumu ortaya çıxdı!


“Bakcell” “Ən uğurlu rebrendinq layihəsi” mükafatı ilə təltif olundu


“Volkswagen” konserninin gəliri rekord dərəcədə azalıb


ANAMA: Ötən ay piyada əleyhinə 302, tank əleyhinə 79 mina və 3047 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib


Qusarda altı yaşayış məntəqəsini birləşdirən yolun əsaslı təmirinə ilkin olaraq 1,5 milyon manat ayrılıb - SƏRƏNCAM


Britaniyada dövlət qulluqçuları bir il ərzində 3 mindən çox telefon və notbuk itirib


Yeni tədqiqat süni intellektin, yoxsa tələbələrin daha yaxşı esse yazdığını göstərib


Yeni kompüter oyunu: 3 gündə azı 1 milyon nüsxə satıldı


Süni intellekt insanları əvəz edə biləcək?


"Google" delfinlərin dilini öyrənəcək


Nazirlər Kabineti süni intellekt strategiyası ilə bağlı qərar verib


IBM yeni texnologiyaların inkişafına 150 milyard dollar yatıracaq


“Tərlan-2025” birgə PUA təliminin planlaşdırma konfransı keçirilib


Microsoft iki il ərzində Aİ məlumat mərkəzlərinin tutumunu 40 faiz artırmağı planlaşdırır


Media: Pentaqon orduda PUA-ların sayını artırmağı planlaşdırır


Bu gündən xəstəlik vərəqələri elektron formada veriləcək


Nağd ödəniş edənlərin cərimələnməsini nəzərdə tutan dəyişiklik son oxunuşda təsdiqlənib


Bu gündən ibtidai siniflərin 5 günlük yaz tətili başlayıb


Əlahiddə Ümumqoşun Ordunun komanda-qərargah təlimi keçirilib


ASCO I rübdə sərnişinlərə 700-ə yaxın elektron bilet satıb


İKTA: İnternetin sürətini ölçən serverlərdə boşluqlar aşkarlanıb


Həftənin ən çox oxunanları
“Bakcell” “Ən uğurlu rebrendinq layihəsi” mükafatı ilə təltif olundu


iPhone 17 Pro-nun RAM tutumu ortaya çıxdı!


Yolun sonu: Samsung məşhur telefonu üçün yeniləmə dəstəyini kəsdi!


Galaxy Z Flip FE üçün yaxşı və pis xəbər

