AZ

“INNOLAND”da “Demo Day” təşkil olunub

 

4b8ab2f526d542eeec4d62210244ac9f.jpg
30.08.2023 15:20

Avqustun 30-da “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzində “Nextstep” İnnovasiya Mərkəzinin tərəfdaşlığı, Asiya İnkişaf Bankının Asiya Regional İqtisadi Əməkdaşlıq Proqramının (CAREC) dəstəyi ilə Azərbaycan, Qazaxıstan və Özbəkistanda fəaliyyət göstərən startapçılar üçün “Demo Day” təşkil olunub.

 

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən TED.az-a verilən məlumata görə, məqsəd investorlarla potensial startapları bir araya gətirmək, innovasiya ekosisteminə inteqrasiyanı, yerli və regional startaplara sərmayə yatırmalarını təşkil etməkdir.

 

Hər birində üç gün olmaqla Qazaxıstan, Özbəkistan və Azərbaycanda baş tutan butkampların yekunu olaraq keçirilən tədbirdə həm yerli, həm də beynəlxalq investorlar, iştirakçılar arasından seçilmiş beş startap və “INNOLAND”ın rezidentləri iştirak ediblər.

 

Çıxışçılar ekosistem nümayəndələrinə layihələrinin komponentləri, gedişatı və növbəti mərhələləri, zəruri investisiya ehtiyacları barədə məlumat verib və onlarla birgə iş mexanizmləri haqqında müzakirələr aparıblar.

 

Layihə Koreya Respublikasının “e-Asiya” və “Bilik Tərəfdaşlığı” Fondu tərəfindən maliyyələşdirilib.

Startaplar bölməsindən digər xəbərlər

Daha çox