AZ

MİDA: Güzəştli mənzil sistemində yalnız elektron kabinetə sahib olmuş vətəndaşlar mənzil ala bilər

9fbc514c6124f4b42c324874fe887545.jpg
12.09.2019 10:28

Yasamal Yaşayış Kompleksinin 570 mənzilin satışı 16 oktyabr 2019-cu il tarixində saat 11:00-da başlayacaq və 30 oktyabr 2019-cu il tarixi saat 11:00-a qədər davam edəcək.

 

Bu barədə TED.az-a Mənzil İnşaatı Dövlət Agentliyin (MİDA) Mətbuat xidmətindən məlumat verilib.

 

“MİDA-nın sərəncamında olan mənzilləri vətəndaşların güzəştlə əldə etməsi Qaydası”na uyğun olaraq gözləmə qaydasında mənzillərin seçimi 18 oktyabr 2019-cu il tarixində saat 11:00-da başlayacaq və 30 oktyabr 2019-cu il tarixi saat 11:00-dək davam edəcək.

 

MİDA-nın sərəncamında olan mənzillərin əldə edilməsi “Elektron hökumət” portalı üzərində (www.e-gov.az) Güzəştli mənzil sistemi vasitəsilə elektron qaydada həyata keçirilir.

 

Yalnız Güzəştli mənzil sistemində elektron kabinetə sahib olmuş vətəndaşlar mənzil almaq hüququna malikdir. Elektron kabinetə sahib olmuş bütün vətəndaşlar qeydiyyat tarixindən və sıra nömrəsindən asılı olmayaraq, mənzillərin seçimində bərabər hüquqa malikdir.

 

Güzəştli mənzil sistemindən istifadə qaydası ilə bağlı ətraflı məlumatla, o cümlədən mətn və video formatlı təlimatlarla www.mida.gov.az və www.mida.az internet saytlarının ana səhifələrində Güzəştli mənzil sistemi keçidi vasitəsilə tanış olmaq mümkündür.

e-Azərbaycan bölməsindən digər xəbərlər

Daha çox