SİMA İmza ilə pulsuz Tam DigiCard əldə et!

TED.az xəbər verir ki, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan “AzInTelecom” MMC tərəfindən yaradılmış SİMA İmza maliyyə qurumları ilə əməkdaşlıq çərçivəsini genişləndirir.
2022-ci ildən SİMA İmza-nın tərəfdaşı olan ABB yeni nəsil rəqəmsal imza vasitəsilə həyata keçirdiyi daha bir xidməti müştərilərinə təqdim edib. Belə ki ABB-nin yeni rəqəmsal kart məhsulu olan Tam DigiCard-ı banka gəlmədən və bank əməliyyatlarına əlavə vaxt sərf etmədən SİMA İmza ilə sifariş etmək mümkündür. Bunun üçün sadəcə “ABB mobile” tətbiqinə daxil olub müraciət göndərmək və sonda sənədləri SİMA yeni nəsil rəqəmsal imza ilə elektron qaydada imzalamaq kifayətdir. İllik istifadə limiti olmayan ilk rəqəmsal kart – Tam DigiCard pulsuzdur. Müştərilər kart sifarişini və SİMA İmza ilə sənədlərin imzalanması prosesini qeyri-iş günləri də daxil olmaqla günün istənilən saatında “ABB – Mobile” tətbiqi vasitəsilə həyata keçirə bilərlər.
Xatırladaq ki, 2023-cü ilin aprelindən etibarən SİMA yeni nəsil rəqəmsal imza ilə “ABB mobile” tətbiqi üzərindən debet kartı da sifariş etmək mümkündür. Gələcəkdə digər məhsullardan istifadə üçün “AzInTelecom” və ABB birgə layihələr üzərində çalışır. SİMA İmza həm vətəndaşlar, həm də xidmət təklif edənlər üçün bir sıra üstünlüklər yaradır. Yeni nəsil rəqəmsal imza ilə maliyyə xərcləri azalır, vaxt itkisi aradan qalxır. Həmçinin SİMA İmza-nın istənilən sistemə inteqrasiya oluna bilməsi, eləcə də avtomatlaşdırma istifadəçilərə sürətli və istənilən sayda imzalama imkanı qazandırır. Bu imkandan faydalanmaq üçün “SİMA İmza” tətbiqini mobil cihaza yükləmək və bir dəfə qeydiyyatdan keçmək kifayətdir. Rəqəmsal xidmətlərə əlçatanlığı artıran SİMA İmza ölkəmizdə biznes proseslərini sürətləndirəcək.
SİMA rəqəmsal imza ilə bağlı daha ətraflı məlumatı www.sima.az saytından və “157” Zəng Mərkəzi ilə əlaqə saxlayaraq əldə edə bilərsiniz.
TED + bölməsindən digər xəbərlər
Yolun sonu: Samsung məşhur telefonu üçün yeniləmə dəstəyini kəsdi!


Galaxy Z Flip FE üçün yaxşı və pis xəbər


iPhone 17 Pro-nun RAM tutumu ortaya çıxdı!


“Bakcell” “Ən uğurlu rebrendinq layihəsi” mükafatı ilə təltif olundu


“Volkswagen” konserninin gəliri rekord dərəcədə azalıb


ANAMA: Ötən ay piyada əleyhinə 302, tank əleyhinə 79 mina və 3047 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib


Qusarda altı yaşayış məntəqəsini birləşdirən yolun əsaslı təmirinə ilkin olaraq 1,5 milyon manat ayrılıb - SƏRƏNCAM


Britaniyada dövlət qulluqçuları bir il ərzində 3 mindən çox telefon və notbuk itirib


Yeni tədqiqat süni intellektin, yoxsa tələbələrin daha yaxşı esse yazdığını göstərib


Yeni kompüter oyunu: 3 gündə azı 1 milyon nüsxə satıldı


Süni intellekt insanları əvəz edə biləcək?


"Google" delfinlərin dilini öyrənəcək


Nazirlər Kabineti süni intellekt strategiyası ilə bağlı qərar verib


IBM yeni texnologiyaların inkişafına 150 milyard dollar yatıracaq


“Tərlan-2025” birgə PUA təliminin planlaşdırma konfransı keçirilib


Microsoft iki il ərzində Aİ məlumat mərkəzlərinin tutumunu 40 faiz artırmağı planlaşdırır


Media: Pentaqon orduda PUA-ların sayını artırmağı planlaşdırır


Bu gündən xəstəlik vərəqələri elektron formada veriləcək


Nağd ödəniş edənlərin cərimələnməsini nəzərdə tutan dəyişiklik son oxunuşda təsdiqlənib


Bu gündən ibtidai siniflərin 5 günlük yaz tətili başlayıb


Əlahiddə Ümumqoşun Ordunun komanda-qərargah təlimi keçirilib


ASCO I rübdə sərnişinlərə 700-ə yaxın elektron bilet satıb


İKTA: İnternetin sürətini ölçən serverlərdə boşluqlar aşkarlanıb


Həftənin ən çox oxunanları
“Bakcell” “Ən uğurlu rebrendinq layihəsi” mükafatı ilə təltif olundu


iPhone 17 Pro-nun RAM tutumu ortaya çıxdı!


Yolun sonu: Samsung məşhur telefonu üçün yeniləmə dəstəyini kəsdi!


Galaxy Z Flip FE üçün yaxşı və pis xəbər

