AzTU yeni nəsil mühəndis hazırlığı üzrə xüsusi proqramın icrasına başlayır

Azərbaycan Texniki Universitetinin (AzTU) Elmi şurasının növbəti iclası keçirilib.
AzTU-dan TED.az-a bildirilib ki, iclasda son 4 il ərzində universitetdə CAD/CAM/CAE proqram təminatı əsaslı mühəndis hazırlığı üzrə görülən işlər dəyərləndirilib.
Bildirilib ki, AzTU-nun 2022-ci ildə CDIO universitetlər ailəsinə qoşulması mühəndis hazırlığında əsas mərhələ olub. Mühəndis hazırlığı proqramı layihələndirmə, simulyasiya, prototipləndirmə və istehsal zənciri həlqələrini əhatə edir. Odur ki, proqram bu sahədə zəngin təcrübə və resursa malik Türk Aviasiya və Kosmik Sənaye Şirkətinin (TUSAŞ) xüsusi təcrübə proqramı əsasında Milli Aviasiya Akademiyası (MAA) ilə birgə həyata keçiriləcək.
Qeyd edilib ki, sentyabrın 18-də AzTU, MAA və TUSAŞ-ın birgə əməkdaşlığı çərçivəsində başladılan “AzTU-Turkish Aerospace, MGP 2023.1” adlı proqram layihə əsaslı öyrənmə-öyrətmə modelinə söykənir. AzTU-nun Universitet-Sənaye Əməkdaşlığı və Ömürboyu Təhsil Mərkəzinin koordinatorluğu ilə həyata keçirilən proqramda baza təhsilləri aerokosmik mühəndislik, informasiya texnologiyaları, mexatronika, maşın mühəndisliyi, elektrik-elektronika, xəbərləşmə (radioelektronika), metallurgiya və s. istiqamətlər olan namizədlər iştirak edir.
Hər bir akademik il çərçivəsində 100 nəfərədək, 2030-cu ilədək isə ümumilikdə ən azı 1000 tələbənin hazırlanması nəzərdə tutulur.
İclasda SmartTECH İnnovatorlar Mərkəzinin yaradılması ilə bağlı da qərar qəbul edilib. Bildirilib ki, mərkəz istedadlı tələbələrin (olimpiadalarda, startaplarda və s.) seçilməsi, onların inkişafına dəstək verilməsi, həmçinin innovasiyalara cəlb edilməsi üçün yaradılır.
Elm bölməsindən digər xəbərlər
Yolun sonu: Samsung məşhur telefonu üçün yeniləmə dəstəyini kəsdi!


Galaxy Z Flip FE üçün yaxşı və pis xəbər


iPhone 17 Pro-nun RAM tutumu ortaya çıxdı!


“Bakcell” “Ən uğurlu rebrendinq layihəsi” mükafatı ilə təltif olundu


“Volkswagen” konserninin gəliri rekord dərəcədə azalıb


ANAMA: Ötən ay piyada əleyhinə 302, tank əleyhinə 79 mina və 3047 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib


Qusarda altı yaşayış məntəqəsini birləşdirən yolun əsaslı təmirinə ilkin olaraq 1,5 milyon manat ayrılıb - SƏRƏNCAM


Britaniyada dövlət qulluqçuları bir il ərzində 3 mindən çox telefon və notbuk itirib


Yeni tədqiqat süni intellektin, yoxsa tələbələrin daha yaxşı esse yazdığını göstərib


Yeni kompüter oyunu: 3 gündə azı 1 milyon nüsxə satıldı


Süni intellekt insanları əvəz edə biləcək?


"Google" delfinlərin dilini öyrənəcək


Nazirlər Kabineti süni intellekt strategiyası ilə bağlı qərar verib


IBM yeni texnologiyaların inkişafına 150 milyard dollar yatıracaq


“Tərlan-2025” birgə PUA təliminin planlaşdırma konfransı keçirilib


Microsoft iki il ərzində Aİ məlumat mərkəzlərinin tutumunu 40 faiz artırmağı planlaşdırır


Media: Pentaqon orduda PUA-ların sayını artırmağı planlaşdırır


Bu gündən xəstəlik vərəqələri elektron formada veriləcək


Nağd ödəniş edənlərin cərimələnməsini nəzərdə tutan dəyişiklik son oxunuşda təsdiqlənib


Bu gündən ibtidai siniflərin 5 günlük yaz tətili başlayıb


Əlahiddə Ümumqoşun Ordunun komanda-qərargah təlimi keçirilib


ASCO I rübdə sərnişinlərə 700-ə yaxın elektron bilet satıb


İKTA: İnternetin sürətini ölçən serverlərdə boşluqlar aşkarlanıb


Həftənin ən çox oxunanları
“Bakcell” “Ən uğurlu rebrendinq layihəsi” mükafatı ilə təltif olundu


iPhone 17 Pro-nun RAM tutumu ortaya çıxdı!


Yolun sonu: Samsung məşhur telefonu üçün yeniləmə dəstəyini kəsdi!


Galaxy Z Flip FE üçün yaxşı və pis xəbər

