AZ

Ölkə ərazisində 92 mindən çox yeni nəsil nəzarət-kassa aparatı quraşdırılıb

 

9193899f7d787585cc7e9d8786e6b4f1.jpg
13.09.2023 17:20

Dövlət Vergi Xidməti tərəfindən ölkədə yeni nəsil nəzarət-kassa aparatlarının (NKA) tətbiqi istiqamətində işlər davam etdirilir.

 

TED.az Dövlət Vergi Xidmətinə istinadla xəbər verir ki, indiyədək ölkə ərazisində 92 min 588 ədəd yeni nəsil NKA quraşdırılıb.

 

Yeni nəsil NKA-dan istifadə hesablaşmaların daha şəffaf aparılmasına, malların qanunsuz dövriyyəsinin qarşısının alınmasına və dövriyyəyə nəzarətin təmin edilməsinə imkan yaradıb.

 

Cari ilin yanvar-avqust ayları ərzində yeni nəsil NKA-lar vasitəsilə qeydə alınan dövriyyə 14,3 milyard manata yaxın olub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 16 faiz çoxdur.

TED + bölməsindən digər xəbərlər

Daha çox