BDU yeni “Erasmus+” layihəsinin tərəfdaşıdır

Avropa İttifaqının “Erasmus+KA2” proqramının “Azərbaycanda institusional repozitoriyalar şəbəkəsi vasitəsilə tədqiqat potensialının inkişafı” (101082124 — DIRNA — ERASMUS-EDU-2022-CBHE) adlı layihəsi çərçivəsində Bakı Dövlət Universiteti (BDU) ilə Xəzər Universiteti arasında tərəfdaşlıq müqaviləsi imzalanıb.
Bu barədə TED.az-a BDU-dan məlumat verilib.
Xəzər Universitetinin koordinatoru olduğu layihənin məqsədi digər tərəfdaş ölkələrin – Türkiyə, İtaliya və Finlandiyanın təcrübəsi əsasında Azərbaycanın 8 ali təhsil müəssisəsində hamıya əlçatan institusional repozitoriyalar (elektron arxivlər) şəbəkəsinin yaradılması və tədqiqat nəticələrinin idarə edilməsində universitetlərin tədqiqat potensialının artırılmasıdır. Elektron arxivin yaradılması universitet tədqiqatçılarının nəşr etdirdiyi məqalə, kitab və digər elmi nəşrlərin qorunub saxlanmasına və bu materialların beynəlxalq aləmə çıxarılmasına zəmin yaradır. DIRNA yalnız keyfiyyətli elmi tədqiqatın üzə çıxması və idarə olunmasını təkmilləşdirmir, həm də tədqiqat nəticələrinə açıq çıxışı dəstəkləyir, ölkə daxilində ali təhsil müəssisələri arasında elmi əlaqə və koordinasiyanı saxlayır və təşviq edir.
Layihənin Avropadan tərəfdaş universitetləri Jyväskylä Universiteti (Finlandiya), İzmir Yüksək Texnologiya İnstitutu (Türkiyə), Università degli Studi dell’Aquila (İtaliya), Azərbaycandan olan tərəfdaşları isə Xəzər Universiteti, Bakı Dövlət Universiteti, Azərbaycan Texniki Universiteti, Dövlət Gömrük Komitəsinin Akademiyası, Gəncə Dövlət Universiteti, Naxçıvan Dövlət Universiteti, Lənkəran Dövlət Universiteti, Mingəçevir Dövlət Universitetidir.
Layihə BDU-nun Elmi Kitabxanasında 3 il ərzində icra olunacaq.
Elm bölməsindən digər xəbərlər
Yolun sonu: Samsung məşhur telefonu üçün yeniləmə dəstəyini kəsdi!


Galaxy Z Flip FE üçün yaxşı və pis xəbər


iPhone 17 Pro-nun RAM tutumu ortaya çıxdı!


“Bakcell” “Ən uğurlu rebrendinq layihəsi” mükafatı ilə təltif olundu


“Volkswagen” konserninin gəliri rekord dərəcədə azalıb


ANAMA: Ötən ay piyada əleyhinə 302, tank əleyhinə 79 mina və 3047 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib


Qusarda altı yaşayış məntəqəsini birləşdirən yolun əsaslı təmirinə ilkin olaraq 1,5 milyon manat ayrılıb - SƏRƏNCAM


Britaniyada dövlət qulluqçuları bir il ərzində 3 mindən çox telefon və notbuk itirib


Yeni tədqiqat süni intellektin, yoxsa tələbələrin daha yaxşı esse yazdığını göstərib


Yeni kompüter oyunu: 3 gündə azı 1 milyon nüsxə satıldı


Süni intellekt insanları əvəz edə biləcək?


"Google" delfinlərin dilini öyrənəcək


Nazirlər Kabineti süni intellekt strategiyası ilə bağlı qərar verib


IBM yeni texnologiyaların inkişafına 150 milyard dollar yatıracaq


“Tərlan-2025” birgə PUA təliminin planlaşdırma konfransı keçirilib


Microsoft iki il ərzində Aİ məlumat mərkəzlərinin tutumunu 40 faiz artırmağı planlaşdırır


Media: Pentaqon orduda PUA-ların sayını artırmağı planlaşdırır


Bu gündən xəstəlik vərəqələri elektron formada veriləcək


Nağd ödəniş edənlərin cərimələnməsini nəzərdə tutan dəyişiklik son oxunuşda təsdiqlənib


Bu gündən ibtidai siniflərin 5 günlük yaz tətili başlayıb


Əlahiddə Ümumqoşun Ordunun komanda-qərargah təlimi keçirilib


ASCO I rübdə sərnişinlərə 700-ə yaxın elektron bilet satıb


İKTA: İnternetin sürətini ölçən serverlərdə boşluqlar aşkarlanıb


Həftənin ən çox oxunanları
“Bakcell” “Ən uğurlu rebrendinq layihəsi” mükafatı ilə təltif olundu


iPhone 17 Pro-nun RAM tutumu ortaya çıxdı!


Yolun sonu: Samsung məşhur telefonu üçün yeniləmə dəstəyini kəsdi!


Galaxy Z Flip FE üçün yaxşı və pis xəbər

