AZ

Naxçıvan istiqamətində mövqelərimiz atəşə tutulub 

 

a14bf40d37a3f55501e5a04de3940fb9.jpg
14.09.2023 19:20

Sentyabrın 14-ü saat 14:50-də Ermənistan silahlı qüvvələrinin bölmələri Keşişkənd rayonunun Xaçik yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Havuş yaşayış məntəqəsi istiqamətindəki mövqeləri atıcı silahlardan atəşə tutub.

 

Müdafiə Nazirliyinin mətbuat xidmətindən TED.az-a bildirilib ki, Ordumuzun bölmələri tərəfindən qeyd olunan istiqamətdə cavab tədbirləri görülüb.

QARABAĞ bölməsindən digər xəbərlər

Daha çox