AZ

Azərbaycanda koronavirusa yoluxanların sayı AÇIQLANIB

502e0296774cb06849773fd625b1600e.jpg
18.09.2023 19:20

Azərbaycanda son 1 həftə ərzində (11-17 sentyabr) koronavirus (COVID-19) infeksiyasına yoluxanların və peyvənd olunanların sayı açıqlanıb.

 

Nazirlər Kabineti yanında Operativ Qərargahdan TED.az-a verilən məlumata görə, həmin müddətdə infeksiyaya 142 yeni yoluxma faktı qeydə alınıb, 127 nəfər müalicə olunaraq sağalıb.

 

Azərbaycanda indiyədək ümumilikdə 832 580 nəfərin xəstəliyə yoluxması faktı müəyyən edilib, onlardan 822 131 nəfər müalicə olunaraq sağalıb, hazırda 147 aktiv xəstə var. Bu günə qədər 10 302 nəfər vəfat edib. Bildirilib ki,son həftə ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 3 012, bu günə qədər isə ümumilikdə 7 680 488 test icra olunub

KORONAVİRUS bölməsindən digər xəbərlər

Daha çox