AZ

“Kommunikasiya: İnternet üçün yazı” mövzusunda dərslərə başlanılıb

 

f7fc40dc0d175d23b344193cdd7f891e.jpg
19.09.2023 10:57

Medianın İnkişafı Agentliyinin (MEDİA) və ADA Universitetinin İnkişaf və Diplomatiya İnstitutunun birgə təşkilatçılığı ilə “Visiting Lecturer” layihəsi çərçivəsində 2023-2024-cü tədris ili üzrə “Kommunikasiya: İnternet üçün yazı” mövzusunda dərslərə başlanılıb.

 

MEDİA-dan TED.az-a bildirilib ki, dərslər “Daily Mail UK”, “The Australian”, “Sunday Telegraph UK” kimi bir çox tanınmış xəbər agentliklərində redaktor vəzifəsində çalışmış, hazırda baş ofisi Londonda yerləşən “High Park Communications” media şirkətinin təsisçisi və direktoru olan Kolin Gibson tərəfindən keçirilir.

 

Qeyd edək ki, layihənin bütün ali təhsil müəssisələrinin jurnalistika ixtisasında təhsil alan və media sahəsinə marağı olan gəncləri əhatə etməsi, həmçinin layihə çərçivəsində açıq qeydiyyat əsasında müxtəlif mövzularda silsilə seminar və vörkşopların keçirilməsi nəzərdə tutulub.

TED + bölməsindən digər xəbərlər

Daha çox