AZ

“Azərkosmos” “IBC 2023” beynəlxalq sərgi-konfransında təmsil olunub

 

e516967feba08bad6adad0f0a5c6c238.jpg
19.09.2023 11:40

“Azərkosmos” ASC sentyabrın 15-dən 18-dək Niderland Krallığının Amsterdam şəhərində keçirilən “IBC 2023” beynəlxalq sərgi-konfransında təmsil olunub.

 

TED.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Kosmik Agentliyi (“Azərkosmos”) məlumat yayıb.

 

Sərgi iştirakçılarına “Azərkosmos”un fəaliyyəti, Azerspace-1 və Azersace-2 peyklərinin təqdim etdiyi xidmətlər haqqında ətraflı məlumat verilib, həmçinin bir sıra şirkətlərlə işgüzar görüşlər keçirilib.

 

Peyk xidmətləri, texnologiya, innovasiya və yayım sahəsi üzrə keçirilən, 170 ölkədən 40 mindən çox nümayəndənin iştirak etdiyi sərgidə yayım və texnologiya sahəsində dünyanın aparıcı brendləri və müxtəlif startaplar daxil olmaqla, ümumilikdə 1000-dən çox şirkət təmsil olunub.

TED + bölməsindən digər xəbərlər

Daha çox