Koronavirusun müxtəlif mutasiyalarının meydanaçıxma ehtimalı hər zaman var

Koronavirusun yayıldığı və ondan sonrakı dövrlərdə, artıq bir stabilləşmə mərhələsinə daxil olduğumuz zaman da davamlı şəkildə tibb mütəxəssisləri tərəfindən belə fikirlər müzakirə olunurdu ki, “Koronavirusun müxtəlif mutasiyaları meydana çıxa bilərmi?”, “Bu mutasiyalar hansı istiqamətdə xəstəlik törədib?” və yaxud “Xəstəliyin gedişi hansı istiqamətdə ola bilər?”, “Bu prosesdə yenidən geri dönüş mümkündürmü?”.
Burada bir neçə variantlar nəzərdə tutulmuşdur. Təbii ki, koronavirus infeksiyasının pandemiyası zamanı biz proseslərin daha xoş ssenari üzrə getdiyinin şahidi olduq. Belə ki, mutasiyalar virusun daha çox xəstəliyin ağırlaşması istiqamətində yox, insan orqanizminin adaptasiyası və insan orqanizmində yuxarı tənəffüs yollarında rutin infeksiyaları törədiləcək şəkildə mutasiyasının şahidi olduq. Bu, müsbət ssenari idi və bundan sonra da təbii ki, müxtəlif mutasiyaların meydanaçıxma ehtimalı hər zaman var.
Bunu TED.az-a Milli Məclisin Səhiyyə komitəsinin üzvü Müşfiq Məmmədli son zamanlar dünyada koronavirus infeksiyasına yoluxma hallarının artması və bu virusun yeni ştamlarının qeydə alınmasına münasibət bildirərək deyib.
Hazırda müzakirə etdiyimiz “eris” mutasiyası da bir qədər riskli və bir qədər də yoluxma sayının artmasına səbəb olan mutasiyalardandır. Ona görə də biz bu prosesi izləməliyik və müvafiq əks epidemik tədbirlər görülməlidir. Prosesin gedişində onun hansı istiqamətdə getməsi barədə proqnozlar vermək olar.
Deputat bildirib ki, yoluxucu xəstəliklər Azərbaycanda nəzarət altındadır: “Amma havaların soyuması və xüsusən, pandemiyadan sonrakı dövrdə bu cür mutasiyaların meydana çıxması bizi bir qədər ehtiyatlı hərəkət etməyə məcbur edir. Bu baxımdan, dövlət orqanları da müvafiq tədbirlər görür. Ümumiyyətlə hazırda proses nəzarət altındadır. Gələcəkdə hər hansı artım müşahidə olunarsa, lazımi tədbirlər görülə bilər”.
Xatırladaq ki, Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə son ay dünya üzrə yoluxanların sayı 38 faiz artıb. Avropada yoluxmada artım 39 faiz, Sakit okeanın qərbində 52 faiz, Aralıq dənizinin şərqində isə 113 faiz təşkil edir.
Hazırda ABŞ-da COVID-ə yoluxma 2020-ci ilin ilk pandemiyasının statistikasına yaxınlaşır. Bu ölkədə sutkada 650 mindən artıq yoluxma qeydə alınır. Ölüm halları avqustla müqayisədə 5 faiz artıb.
TED + bölməsindən digər xəbərlər
Yolun sonu: Samsung məşhur telefonu üçün yeniləmə dəstəyini kəsdi!


Galaxy Z Flip FE üçün yaxşı və pis xəbər


iPhone 17 Pro-nun RAM tutumu ortaya çıxdı!


“Bakcell” “Ən uğurlu rebrendinq layihəsi” mükafatı ilə təltif olundu


“Volkswagen” konserninin gəliri rekord dərəcədə azalıb


ANAMA: Ötən ay piyada əleyhinə 302, tank əleyhinə 79 mina və 3047 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib


Qusarda altı yaşayış məntəqəsini birləşdirən yolun əsaslı təmirinə ilkin olaraq 1,5 milyon manat ayrılıb - SƏRƏNCAM


Britaniyada dövlət qulluqçuları bir il ərzində 3 mindən çox telefon və notbuk itirib


Yeni tədqiqat süni intellektin, yoxsa tələbələrin daha yaxşı esse yazdığını göstərib


Yeni kompüter oyunu: 3 gündə azı 1 milyon nüsxə satıldı


Süni intellekt insanları əvəz edə biləcək?


"Google" delfinlərin dilini öyrənəcək


Nazirlər Kabineti süni intellekt strategiyası ilə bağlı qərar verib


IBM yeni texnologiyaların inkişafına 150 milyard dollar yatıracaq


“Tərlan-2025” birgə PUA təliminin planlaşdırma konfransı keçirilib


Microsoft iki il ərzində Aİ məlumat mərkəzlərinin tutumunu 40 faiz artırmağı planlaşdırır


Media: Pentaqon orduda PUA-ların sayını artırmağı planlaşdırır


Bu gündən xəstəlik vərəqələri elektron formada veriləcək


Nağd ödəniş edənlərin cərimələnməsini nəzərdə tutan dəyişiklik son oxunuşda təsdiqlənib


Bu gündən ibtidai siniflərin 5 günlük yaz tətili başlayıb


Əlahiddə Ümumqoşun Ordunun komanda-qərargah təlimi keçirilib


ASCO I rübdə sərnişinlərə 700-ə yaxın elektron bilet satıb


İKTA: İnternetin sürətini ölçən serverlərdə boşluqlar aşkarlanıb


Həftənin ən çox oxunanları
“Bakcell” “Ən uğurlu rebrendinq layihəsi” mükafatı ilə təltif olundu


Yolun sonu: Samsung məşhur telefonu üçün yeniləmə dəstəyini kəsdi!


Galaxy Z Flip FE üçün yaxşı və pis xəbər


iPhone 17 Pro-nun RAM tutumu ortaya çıxdı!

