AZ

Azərbaycan Ordusunun Baş Qərargah rəisi türkiyəli nümayəndə heyəti ilə görüşüb

 

ad8405b05b305694c04ea2019ce60b9e.jpg
19.09.2023 13:35

Sentyabrın 19-da Azərbaycan Respublikasının müdafiə nazirinin birinci müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev ölkəmizdə səfərdə olan Türkiyə Respublikası Milli Müdafiə Nazirliyinin Hüquq Xidmətinin nümayəndə heyəti ilə görüşüb.

 

Müdafiə Nazirliyinin mətbuat xidmətindən TED.az-a bildirilib ki, qonaqları ölkəmizdə görməkdən məmnunluğunu bildirən Baş Qərargah rəisi Azərbaycan Ordusunda hərbi qanunvericilik və Beynəlxalq humanitar hüququn tətbiqi ilə əlaqədar keçirilən maarifləndirici tədbirlərin əhəmiyyətindən danışıb.

 

Görüşdə hüquq xidmətinin təşkili, hərbi hüquqşünasların xidməti fəaliyyəti və digər sahələrdə ətraflı fikir mübadiləsi aparılıb.

TED + bölməsindən digər xəbərlər

Daha çox