AZ

MN: Ermənistan silahlı qüvvələrinin birləşmələrinin ön xətt və dərinlikdə olan mövqeləri sıradan çıxarılıb

 

1cb4c03bb57319c2eae393f3c99a292a.jpg
19.09.2023 21:57

Mülki infrastrukturu və mövqelərimizi artilleriya qurğuları, eləcə də müxtəlif çaplı silahlardan atəşə məruz qoyan Ermənistan silahlı qüvvələrinin birləşmələrinin ön xətt və dərinlikdə olan mövqeləri, uzunmüddətli atəş nöqtələri, sursat anbarı, hərbi təyinatlı radiotexnika qovşağı, eləcə də digər döyüş vasitələri sıradan çıxarılıb.

 

TED.az xəbər verir ki, bu sözləri bu gün keçirilən növbəti brifinqdə Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi, polkovnik Anar Eyvazov deyib.

 

“Bir daha vurğulamaq istəyirəm ki, Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən keçirilən tədbirlər çərçivəsində yalnız legitim hərbi obyektlər və hərbi infrastruktur dəqiq silahlarla hədəfə alınaraq sıradan çıxarılır”, - deyə A.Eyvazov bildirib.

TED + bölməsindən digər xəbərlər

Daha çox