AZ

“Telegram”da ikimərhələli təsdiqləməni necə aktivləşdirmək olar?

075ef51140674bbaa6c8a1773231587c.jpg
19.09.2023 22:57

Elektron Təhlükəsizlik Xidməti “Telegram” hesablarının təhlükəsizliyi üçün ikimərhələli təsdiqləməni aktivləşdirməyi tövsiyə edv.

 

Xidmətdən TED.az-a bildirilib ki, aşağıdakılara əməl etməklə, telefonlardakı məlumatları qorumaq olar:

 

1) “Settings” bölməsindən “Privacy and Security” seçin;

 

2) “Two-Step Verification” hissəsinə daxil olun;

 

3) Şifrinizi təyin edə bilərsiniz;

 

4) Təhlükəsizliyiniz üçün mürəkkəb şifr yazmağa diqqət yetirin;

 

5) Şifrinizi unutmamaq üçün ipucu müəyyənləşdirin;

 

6) Şifrənizi unutduğunuz halda bərpa etmək üçün e-poçt ünvanınızı daxil edin;

 

7) E-poçtunuza gələn kodu yazın;

 

8) Artıq hesabınızda ikimərhələli təsdiqləmə aktivdir.

TED + bölməsindən digər xəbərlər

Daha çox