AZ

Belə foto və videoları açmayın - XƏBƏRDARLIQ

 

d3ed006cd309d1665bd1d3c9ca3c394f.jpg
20.09.2023 13:50

Azərbaycan Ordusunun apardığı lokal xarakterli tədbirlər barədə sosial şəbəkələrdə çox sayda foto və videolar paylaşmamaq tövsiyə olunur.

 

TED.az xəbər verir ki, son vaxtlar müxtəlif internet resursları vasitəsilə vətəndaşlara xüsusi texniki üsullarla hazırlanmış və zərərverici ilə yoluxdurulmuş şəkil, video və digər formatlarda fayllar göndərilir.

 

Vətəndaş həmin faylı yüklədikdən sonra faylın daxilindəki zərərli kod icra olunaraq, vətəndaşın cihazı zərərverici ilə yoluxdurulur. Nəticədə vətəndaşın fərdi məlumatları ələ keçirilir.

 

Vətəndaşlara tanımadıqları mənbələrdən göndərilən şəkil, video və digər faylları cihazlarına yükləməməyi tövsiyə edilir.

TED + bölməsindən digər xəbərlər

Daha çox