AZ

Sabah hava necə olacaq? - PROQNOZ

 

e26c1712038e31e5d8c9b7f89baa81b1.jpg
20.09.2023 14:00

Sabaha gözlənilən hava proqnozu açıqlanıb.

 

Milli Hidrometeorologiya Xidmətindən TED.az-a verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, yağmursuz keçəcəyi gözlənilir.

 

Cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 16-19°, gündüz 21-26° olacaq. Atmosfer təzyiqi normadan yüksək - 765 mm civə sütunu olacaq. Nisbi rütubət 55-65% təşkil edəcək.

 

Azərbaycanın rayonlarında hava şəraitinin yağmursuz keçəcəyi, lakin gündüz bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Şərq küləyi əsəcək. Gecə və səhər bəzi rayonlarda duman olacaq.

 

Havanın temperaturu gecə 15-19°, gündüz 22-27°, dağlarda gecə 3-8°, gündüz 9-14° olacaq.

TED + bölməsindən digər xəbərlər

Daha çox