AZ

Niyə led lampalar söndürülmüş halda da işıq saçır? – MARAQLIDIR

94cd9dcf7e0072d5fe77681de7b15e53.jpg
12.09.2019 18:48

Əgər siz led lampaların söndürdükdən sonra işıq saçdığını görsəniz, heç də təəccüblənməyin. Bu ondan xəbər verir ki, ledin içərisindən cərəyan axır. İşıqlanmanın dərəcəsi isə onun gücündən asılıdır.

 

Belə hallar, əgər tualetdə və ya dəhlizdə baş verərsə, bundan gecə lampası kimi istifadə etmək olar. Bəs əgər bu yataq otağında baş verərsə, necə  olar?

 

Bu halın baş vermə səbəbləri müxtəlifdir:

 

  • İşıqlı açarlardan istifadə etdikdə;

 

  • Nasaz naqillər;

 

  • Güc sxeminin xüsusiyyətləri;

 

  •  İşıqlandırma açarı.

 

Lampanın sönük halda işıq saçmasının səbəbi işıqlandırma açarı olur. Belə bir açarın içərisində cərəyanı məhdudlaşdıran bir rezistorlu led var. Led lampası işıq söndürüldükdə çox zəif bir şəkildə parıldayır, çünki əsas əlaqə kəsildikdə belə, gərginlik onların üzərindən axmağa davam edir.

 

 

Ledlərin enerji istehlakı adi bir közərmə lampasının oxşar parametrlərindən on qat azdır. Arxa işıq diodundan axan kiçik bir cərəyan da lampadakı ledlərin zəif parıltısı üçün kifayətdir.

 

Bu vəziyyətin aradan qaldırılması üçün bir neçə üsul var?

 

Bunun ən sadə üsulu açardan arxa işığı ləğv etməkdir. Bunu etmək üçün, korpusu sökün və rezistor və ledə gedən teli açın. Açarı belə bir faydalı funksiya olmadan başqası ilə əvəz edə bilərsiniz.

 

Başqa bir seçim budur ki, lampaya paralel bir rezistor lehim edilə bilər. Parametrlərə görə, onun gücü 2-4 W  və 50 kOhm-dən çox olmayan bir müqavimətə sahib olmalıdır.

 

Belə rezistoru istənilən radiovadanlıqlar mağazasından almaq olar. Rezistoru quraşdırmaq isə o qədər də çətin deyil. Şəbəkə tellərini bağlamaq üçün örtüyü çıxarmaq və terminal blokundakı müqavimət ayaqlarnı düzəltmək kifayətdir.

 

 

Əgər sizin elektrik sahəsi ilə xüsusi mehribançılığınız yoxdursa və naqilə birbaşa müdaxilə etməkdən qorxursunuzsa, işıqlandırılmış açarlarla "mübarizənin" başqa bir yolu, çilçıraqda adi bir közərmə lampasının quraşdırılması ola bilər. Onun spiralı, söndürüldükdə  belə  rezistor rolunu oynayacaq. Ancaq bu üsul, çilçıraqda bir neçə patron olduqda mümkündür.

 

Elektrik problemləri:

 

Arxa işıqlı düymə istifadə edilmədiyi halda, söndükdən sonra LED lampa niyə yanır?

 

Məftilin quraşdırılması zamanı əvvəlcə bir səhv edilərsə, faza əvəzinə elektrik kəsicisinə sıfır ötürülür, elektrik açarı söndürüldükdən sonra naqillər hələ də "faza altında" qalır. Belə bir vəziyyəti dərhal aradan qaldırmaq lazımdır, çünki lampanın planlı şəkildə dəyişdirilməsi ilə belə, həssas bir elektrik cərəyanı ala bilərsiniz. Bu vəziyyətdə "yer"lə  istənilən minimal əlaqə, ledlərin zəif bir parıltısına səbəb olacaq.

Texnologiya bölməsindən digər xəbərlər

Daha çox