Bankların göndərdiyi xəbərdarlıq SMS-ləri nə qədər bahalaşacaq? - AÇIQLAMA

Azərbaycanda sistem əhəmiyyətli banklar SMS xəbərdarlıq tarifini gələn aydan 2.5 dəfə artıraraq 40 qəpikdən 1 manatadək çatdırmaq qərarı veriblər.
TED.az xəbər verir ki, bu barədə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov deyib.
"Əvvəllər 40 qəpik olan xidmət gələn aydan 1 manat olacaq. Bu cür artım faktiki olaraq qiymətlərin süni şəkildə qaldırılması və ya sektordakı vəziyyətdən istifadə deməkdir. Bu səbəbdən son zamanlarda nəinki rabitə tarifləri artmayıb, əksinə texnoloji innovasiyalar SMS xidmətinin dəyərini əhəmiyyətli dərəcədə ucuzlaşdırıb", - o deyib.
Bazar ertəsi ölkənin maliyyə bazarındakı mənbədən TED.az-a verilən məlumata görə, Azərbaycanda bir sıra banklar 2023-cü ilin dekabr ayından SMS xəbərdarlıqlarının qiymətlərini qaldıracaqlar.
Eyni zamanda, Unibank-dan TED.az-a verilən məlumata görə, bankın SMS xəbərdarlıqları üçün tarifləri dəyişməyib və gələn aydan tariflərin bahalaşdırılması planlaşdırılmır.
"Unibank-ın "UBank" mobil tətbiqində push xəbərdarlıq xidməti bir qayda olaraq, pulsuzdur. Digər sözlə desək, müştəri əməliyyatı öz kartı ilə icra edirsə, pulsuz bildirişlər dərhal "UBank" vasitəsilə göndəriləcək və bu xidmət sayəsində SMS vasitəsilə kart əməliyyatları barəsində bildiriş göndərməyə ehtiyac yoxdur",- deyə bankdan bildiriblər
TED + bölməsindən digər xəbərlər
Yolun sonu: Samsung məşhur telefonu üçün yeniləmə dəstəyini kəsdi!


Galaxy Z Flip FE üçün yaxşı və pis xəbər


iPhone 17 Pro-nun RAM tutumu ortaya çıxdı!


“Bakcell” “Ən uğurlu rebrendinq layihəsi” mükafatı ilə təltif olundu


“Volkswagen” konserninin gəliri rekord dərəcədə azalıb


ANAMA: Ötən ay piyada əleyhinə 302, tank əleyhinə 79 mina və 3047 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib


Qusarda altı yaşayış məntəqəsini birləşdirən yolun əsaslı təmirinə ilkin olaraq 1,5 milyon manat ayrılıb - SƏRƏNCAM


Britaniyada dövlət qulluqçuları bir il ərzində 3 mindən çox telefon və notbuk itirib


Yeni tədqiqat süni intellektin, yoxsa tələbələrin daha yaxşı esse yazdığını göstərib


Yeni kompüter oyunu: 3 gündə azı 1 milyon nüsxə satıldı


Süni intellekt insanları əvəz edə biləcək?


"Google" delfinlərin dilini öyrənəcək


Nazirlər Kabineti süni intellekt strategiyası ilə bağlı qərar verib


IBM yeni texnologiyaların inkişafına 150 milyard dollar yatıracaq


“Tərlan-2025” birgə PUA təliminin planlaşdırma konfransı keçirilib


Microsoft iki il ərzində Aİ məlumat mərkəzlərinin tutumunu 40 faiz artırmağı planlaşdırır


Media: Pentaqon orduda PUA-ların sayını artırmağı planlaşdırır


Bu gündən xəstəlik vərəqələri elektron formada veriləcək


Nağd ödəniş edənlərin cərimələnməsini nəzərdə tutan dəyişiklik son oxunuşda təsdiqlənib


Bu gündən ibtidai siniflərin 5 günlük yaz tətili başlayıb


Əlahiddə Ümumqoşun Ordunun komanda-qərargah təlimi keçirilib


ASCO I rübdə sərnişinlərə 700-ə yaxın elektron bilet satıb


İKTA: İnternetin sürətini ölçən serverlərdə boşluqlar aşkarlanıb


Həftənin ən çox oxunanları
“Bakcell” “Ən uğurlu rebrendinq layihəsi” mükafatı ilə təltif olundu


iPhone 17 Pro-nun RAM tutumu ortaya çıxdı!


Yolun sonu: Samsung məşhur telefonu üçün yeniləmə dəstəyini kəsdi!


Galaxy Z Flip FE üçün yaxşı və pis xəbər

