Azərbaycanda “E-Şikayət” sistemi istifadəyə verildi
Azərbaycanın telekommunikasiya və poçt xidmətləri üzrə tənzimləyici qurumu İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi (İKTA) yeni yaradılmış şikayət sistemini istifadəyə verib.
TED.az xəbər verir ki, sistemin yaradılmasında məqsəd ölkədə fəaliyyət göstərən internet provayder və operatorlar haqqında vətəndaşlardan daxil olan müraciət və ya şikayətlərin operativ araşdırılması və çevik həllinə vahid sistem üzərindən monitorinq və nəzarətin edilməsidir.
“E-Şikayət” adlı yeni elektron sistem ilə hüquqları qanunla qorunan telekommunikasiya istifadəçilərinin maraqlarını müdafiə etmək, vətəndaş şikayəti axınının avtomatlaşdırılmış formada idarə olunması, istehlakçılara göstərilən xidmət keyfiyyəti, xidmət səviyyəsi, müştəri məmnuniyyəti, eləcə də müştəri təcrübəsi kimi vacib istiqamətlər üçün avtomatlaşdırılmış ölçülmə və təhlil üsullarını tətbiq etmək mümkün olacaq.
Sistem vətəndaş şikayətlərinə baxılması prosesinin mərkəzləşmiş sistem üzərindən aparılmasını effektiv şəkildə idarə etməklə yanaşı, hər bir vətəndaşın öz profilindən müraciət və ya şikayətlərinin həllində internet provayder və operatorların iştirak səviyyəsini və cavablandırma prosesini bütün mərhələlərdə izləməsini təmin edəcək. Həmçinin telekommunikasiya istehlakçılarına real vaxt rejimində internet provayder və operatorlara müraciət və şikayət etmək imkanı yaradacaq.
Vətəndaş “E-Şikayət” sistemində müvafiq link vasitəsilə qeydiyyatdan keçə bilər. Bunun üçün “İdentifikasiya nömrəsi ilə” bölməsinə daxil olaraq “Abunəçi” səhifəsinə keçid edib vətəndaş üçün avtomatik yaradılmış “Abunəçi kabineti”ndən müraciət və ya şikayətini edə bilər.
Hər bir internet provayder və operatorun sistemin idarə olunması üzrə təlimatlandırılmış əməkdaşı müraciət və ya şikayətlə tanış olmaq və onu icra etmək üçün qeyd olunan linkə keçid edərək “ASAN İmza” və ya “SİMA Token” (Elektron İmza) giriş üsullarından birini seçib özünün “Operator/Provayder” səhifəsinə daxil ola biləcək.
Sistem vasitəsilə ehtiyac yarandıqda internet provayder və operatorların vətəndaşlardan daxil olan müraciətlərə və ya şikayətlərə birgə baxılması, eyni zamanda tənzimləyici qurum ilə elektron formada məlumat mübadiləsinin aparılması mümkün olacaq.
Həmçinin yeni “E-Şikayət” sistemi tənzimləyici quruma internet provayder və operatorların xidmət keyfiyyəti göstəricilərinə dair bəyan etdikləri hesabatları və digər sənədləri müqayisəli təhlil etməyə də imkan yaradacaq.
İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyinin Nizamnaməsi Azərbaycan Respublikası Prezidentinin 21 oktyabr 2022-ci il tarixli 1861 nömrəli fərmanı ilə təsdiqlənib. Agentlik ölkədə informasiya-kommunikasiya texnologiyaları (İKT) və rabitə (telekommunikasiya və poçt) sahələrində tənzimləmə və nəzarəti, eləcə də radiospektr idarəçiliyini həyata keçirir.
TED + bölməsindən digər xəbərlər
Togg elektrikli avtomobil satışında birinci yeri qoruyur
Yeni Toyota Hilux gəlir
Lenovo ağıllı eynəkləri ilə təəccübləndirəcək
Atari 2600+ Pac-Man Edition buraxıldı!
Mini PlayStation 5 hazırladılar!
8 Elite Gen 6 iki fərqli modeldə satışa çıxarılacaq!
İndi Sən Məni Gör 3 treyleri yayımlandı
WhatsApp Apple Watch proqramı buraxıldı
Metroid Prime 4-ün buraxılış tarixi açıqlandı!
Ayın qazılması rəsmi olaraq davam edir
Apple-ın Yeni Məhsulları Bəlli Oldu
Windows 11-ə keçərkən diqqətli olun!
ChatGPT İndi Reklam Göstərə Bilər!
Redmi Turbo 5 – 9.000 mAh-lıq Nəhəng Batareya İddiası!
BMW və Samsung ittifaq qurur
Google Tərcümə “İrəliləmiş” Modelini Sınaqdan Keçirir
Siri Google Gemini İnfrastrukturuyla Güclənəcək
Windows 10-un 10 İllik Xətası Nəhayət Həll Olundu!
Xiaomi-dən Elektrikli Avtomobil Rekordu!
Apple iOS 27 ilə Apple Intelligence-ı Zirvəyə Daşıyır!
Trendyolmilla Kids: uşaqlar üçün rahat və etibarlı
“İlin Avtomobili 2026” finalistləri açıqlanıb
Telefon satışları artıb: Yeni bazar liderləri açıqlanıb
Google Chrome gözlənilən yeniliyi təqdim edir
Samsung-un gəlirləri zirvəyə çatdı
Apple Q4 2025 gəlirləri açıqlanıb: Bu qədər pula ölkə ala bilərlər!
Həftənin ən çox oxunanları
Hökumətin casus yazılımı açığa çıxdı
Instagram Reels alqoritmi üçün sevindirici xəbər
Süni İntellekt Axtarış Mühərrikləri Ənənəvi Axtarışları Geridə Qoyur
Apple 4 Trilyon Dollar Dəyərinə Çatdı
Nvidia bazar dəyəri ilə rekord qırdı!
Telefonunuzdakı vidjetlər avtomobilinizə gəlir
Google Play-də böyük dəyişiklik
iPhone 17 ekran testi nəticələri açıqlandı
Netflix interaktiv dövrə keçir: Canlı səsvermə funksiyası gəlir
Microsoft məlumat mərkəzlərinin sayını iki dəfə artıracaq



BTC / USD
ETH / USD
LTC / USD
ZEC / USD




