AZ

Geomaqnit qasırğası gözlənilir

 

e99eaf5eb8fc126ba58c2d9bf20cfc7d.jpg
20.11.2023 15:57

Ötən üç sutka ərzində Günəş aktivliyi normal fon səviyyəsində olub. Noyabrın 20-dən Günəş küləyi parametrlərinin güclənməsi müşahidə oluna bilər.

 

Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasından TED.az-a verilən məlumata görə, noyabrın 16-da baş vermiş zəif tac kütlə atılmaları (TKA) nəticəsində geomaqnit sahənin aktiv hala keçəcəyi, G1(mülayim) səviyyəli geomaqnit qasırğasının ola biləcəyi proqnozlaşdırılır. Noyabrın 22-dən etibarən geomaqnit sahənin sakit səviyyəyə qayıdacağı ehtimal olunur. Hazırda Günəş küləyinin sürəti 300-360 km/s intervalındadır.

 

Dekabrın 5-də G1(mülayim) səviyyəli geomaqnit qasırğası proqnozlaşdırılır.

 

Maqnit qasırğasının loqarifmik indeksini xarakterizə edən Kp əmsalının orta qiyməti noyabrın 20-dən 26-dək 2-5 intervalında dəyişəcək.

Elm bölməsindən digər xəbərlər

Daha çox