İşğaldan azad edilmiş ərazilərlə bağlı yaşıl enerji konsepsiyası hazırlanıb - Nazir müavini
Azərbaycanın ümumi elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istehsal olunan güc 1688 meqavatdır ki, bu da ümumi gücün təqribən 20 faizini təşkil edir.
TED.az-ın məlumatına görə, bunu SPECA İqtisadi Forumunda çıxışı zamanı energetika nazirinin müavini Samir Vəliyev bildirib.
O qeyd edib ki, bu göstəricinin 2030-cu ilə qədər 30 faizə qədər artırılması planlaşdırılır.
“2027-ci ilin sonuna qədər 1870 meqavatt həcmində yaşıl güclərin ölkənin enerji sisteminə inteqrasiyası və nəticdə bərpa olunan enerjinin payının enektrik enerjisi gücündə götürdüyümüz hədəfdən daha çox, 33 faizə çatması gözlənilir. Bu məqsədə nail olmaq üçün ölkənin energetika sektorunda islahatlar aparılır”, - deyə nazir bildirib.
O qeyd edib ki, işğaldan azad edilmiş ərazilərin yaşıl enerji zonasına çevrilməsi əsas istiqamətlərdən biridir.
"Yaponiya şirkəti ilə birgə işğaldan azad edilmiş ərazilərlə bağlı yaşıl enerji konsepsiyası hazıranıb. İlkin araşdırmalara görə, Qubadlı, Zəngilan, Cəbrayıl və Füzuli rayonlarında günəş enerjisi üçün texniki potensial 7200 meqavatdan artıqdır. Laçın və Kəlbəcərdə külək enerjisinin texniki potensialının 2000 meqavatt olması qiymətləndirilir", - deyə nazir müavini əlavə edib.
Qeyd edək ki, Azərbaycan bərpa olunan enerji mənbələri üzrə yüksək potensiala malik olan ölkələrdəndir. Belə ki, ölkəmizin bərpa olunan enerji mənbələrinin texniki potensialı quruda 135 QVt, dənizdə 157 QVt-dır. Bərpa olunan enerji mənbələrinin iqtisadi potensialı 27 QVt, o cümlədən, külək enerjisi üzrə 3 000 MVt, günəş enerjisi üzrə 23 000 MVt, bioenerji potensialı 380 MVt, dağ çaylarının potensialı 520 MVt həcmində qiymətləndirilir.
Xatırladaq ki, Bakıda "SPECA regionunun qlobal əhatəyə malik əlaqə mərkəzinə çevrilməsi" mövzusunda "SPECA 2023 İqtisadi Forumu" (BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramı) öz işinə başlayıb.
Forum dialoqa dəstək, mövqelərin möhkəmlənməsi, ümumi çağırışlara qarşı həll axtarışları və onların reallaşdırılması üçün strategiya və planların hazırlanması məqsədilə Azərbaycanın və "SPECA"nın digər üzv ölkələrinin proqramın xidmətyönümlü, siyasət və əməkdaşlıq sahələrində məsələlərin koordinasiyası üçün çevik və strateji platforma qismində inkişafına yönəlmiş aktiv mövqeyinə əsaslanır.
BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramı (SPECA) 26 mart 1998-ci ildə təsis olunub.
TED + bölməsindən digər xəbərlər
Azərbaycan uşaq ədəbiyyatı Türkiyədə geniş elmi tədqiqata mövzu oldu
Subasmalarında izolyasiyanın effekti varmı?
iPhone 18 üçün pis xəbər
Tesla Yüksəlir!
iOS 27 Necə Olacaq?
DJI Avata 360 8K Çözünürlük və 360 Dərəcəli Kamera ilə Təqdim Edilir
İncə Korpuslu Xiaomi Book Pro 14 Təqdim Edildi
Red Magic Gaming Tablet 5 Pro Sərhədləri Aradan Qaldıracaq!
HONOR Magic 8 Pro Kamera Səviyyəsinin Artırılması Yeniləməsi
Oppo Find X9 Ultra Kamera Xüsusiyyətləri Sızdırıldı!
ABŞ-dan HÜRJET və ATAK Mühərrikləri üçün Kritik Təsdiq
WhatsApp Statusları Ana Ekrana Gəlir!
Biznesdə Süni İntellekt Dövrü
Realme Nəhəng Batareyaya malik Əlverişli Telefon Təqdim Edir!
Bakcell Rəqəmsal Sənəd Dövriyyəsi (RSD) sisteminə qoşulub
Samsung One UI 8.5 Yeniləməsi Bütün Modellər üçün Mövcuddur
Android 16-nı Alacaq OPPO Modelləri Açıqlandı
MediaTek Telefonlarında Kritik Təhlükəsizlik Zəifliyi!
Bu Xüsusiyyət Galaxy S26-da Yoxa Çıxdı!
Böyük Batareyaya malik Vivo X300s
Yeni BMW 7 Seriyası Təqdim Edildi
PS6 və Xbox Project Helix Buraxılış Tarixləri Sızdırıldı
Huawei Watch 5 HarmonyOS 6 ilə Uçuşa Çıxdı
YouTube Premium Lite Yeni Xüsusiyyətlər Qazanır
Snapdragon 8 Elite flaqman qiymətlərini artıracaq
Google Xəritələr Naviqasiyada Yeni Bir Dövr Açır
Windows 11 Yeniləməsi Yeni Xüsusiyyətlər Gətirir
MacBook Neo-nun Batareya Dövrü Limiti Açıqlandı!
Həftənin ən çox oxunanları
Azərbaycan uşaq ədəbiyyatı Türkiyədə geniş elmi tədqiqata mövzu oldu



BTC / USD
ETH / USD
LTC / USD
ZEC / USD


