Ermənilər daim etnik təmizləmə apararaq Azərbaycan torpaqlarına sahib çıxmağa çalışırdı – Komitə sədri
“Azərbaycan Respublikasının Ağdərə rayonunun yaradılması haqqında” qanun layihəsinin müzakirəsi tarixi ədalətin və Azərbaycan xalqın pozulmuş hüquqlarının bərpa olunmasına yönəlib.
TED.az xəbər verir ki, bunu Milli Məclisin Regional məsələlər komitəsinin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının Ağdərə rayonunun yaradılması haqqında” qanun layihəsinin müzakirəsi zamanı parlamentin Elm və təhsil komitəsinin sədri Bəxtiyar Əliyev deyib.
O qeyd edib ki, tarixi ədalətin bərpa olunması eyni zamanda bu torpaqlarda daim sülhün, tərəqqinin tərəfdarı olmuş, bu bölgənin inkişafına həmişə öz böyük töhfəsini vermiş və bu bölgədə bütün dövlərdə yaşamış Azərbaycan xalqının bu gün də sülhün və tərəqqinin təminatçısı və qarantı olduğunun bariz nümunəsidir.
“Ermənilər etnik təmizləmə apararaq daim çalışırdılar ki, Azərbaycanın torpaqlarına sahib çıxsınlar. İrəvanda, Göyçədə, Qərbi Zəngəzurda etnik təmizləmə apardılar. SSRİ hökuməti onlara havadar oldu, 48-53-cü illərdə yüz minlərlə azərbaycanlının dədə-baba torpaqlarından deportasiyası ilə bağlı SSRİ hökuməti qərar qəbul etdi. Xaricdə yaşayan ermənilər deportasiya edilmiş azərbaycanlıların evlərinə köçürülürdülər.
Azərbaycanlıları isə çox ağır şəraiti olan yerlərə köçürürdülər. Bizim arxivlərimizdə azərbaycanlıların SSRİ rəhbərliyinə ünvanlandığı məktublarını ürək ağrısı ilə oxuyuruq. Bu tarixi həqiqəti biz dünyaya çatdırmalıyıq”, - deyə o, əlavə edib.
TED + bölməsindən digər xəbərlər
Bluetooth qulaqcıq alarkən nələrə diqqət etmək lazımdır?
Bakcell-də hədiyyə mövsümü başladı
GameTech Bootcamp 2026 başa çatdı: 15 komanda oyun sənayesi üçün həllər təqdim etdi
Bakcell-dən Wi-Fi modemi alın, ilk abunəliyiniz pulsuz olsun
iPhone 18 Pro təqdim edildi: Apple-ın yeni flaqmanı nələr vəd edir?
Apple-ın ilk qatlanan iPhone-u: iPhone Duo nə vəd edir?
Bakcell Peerstack Academy tələbələri üçün hakaton keçirib
Bakcell Mi-Fi ilə interneti özünlə apar və harada olsan, onlayn qal
Galaxy Z Fold8 Ultra: seriyanın ən güclü qatlananmodeli haqqında bilməli olduğunuz hər şey
Bakcell-in “GO” tariflərinə qoşulun və üstünlüklərdən faydalanın
HP OmniBook 3 təqdim edildi: MacBook Neo-ya rəqib olan yeni noutbukun xüsusiyyətləri və qiyməti
Galaxy Z Fold8, Galaxy Z Fold8 Ultra, yoxsa Galaxy Z Flip8? 2026-cı ilin qatlanan telefonları üçün seçim bələdçisi
Galaxy Z Flip8 icmalı: FlexWindow, FlexCam və Samsung-un ən nazik qatlanan telefonu
Bakcell Samsung Galaxy A57 5G üçün xüsusi kampaniyaya start verib
Galaxy Z Fold8-də süni intellekt yeni mərhələyə keçir: Galaxy AI-ın ən ağıllı nəsli artıq Azərbaycandadır
Yeni Galaxy Z Fold8 nədir və bu il nə dəyişib?
Bakcell rouminqi ilə yay tətilində dünyanı kəşf et
Həftənin ən çox oxunanları
Bluetooth qulaqcıq alarkən nələrə diqqət etmək lazımdır?



BTC / USD
ETH / USD
LTC / USD
ZEC / USD












