AZ

“Maarifçi” tələbə-məzun təcrübə proqramına qeydiyyat aparılır

 

bcb51eeeb130e1e0a4f83c0623c6a027.png
27.11.2023 17:40

Elm və Təhsil Nazirliyi və Təhsilin İnkişafı Fondunun təşəbbüsü ilə həyata keçirilən “Maarifçi” tələbə-məzun təcrübə proqramına qeydiyyat prosesi davam edir.

 

Nazirlikdən TED.az-a bildirilib ki, elm və təhsil sahəsində karyera qurmağı hədəfləyən, təhsil sahəsinə dair müasir yanaşmaları öyrənmək və təhsil islahatları prosesinin iştirakçısı olmaq istəyən şəxslər “Maarifçi” proqramına qoşulmaqla Elm və Təhsil Nazirliyində, həmçinin qurumlarında təcrübə keçmək imkanı əldə edəcəklər. Proses dekabrın 15-dək davam edəcək.

 

Daha ətraflı məlumatı nazirliyin saytından əldə etmək mümkündür.

e-Azərbaycan bölməsindən digər xəbərlər

Daha çox