AZ

Azərbaycanda avtomobillərin istehsalı artıb

 

ee1acb7f39f2bf971b0c6990a37563b9.jpg
27.11.2023 22:40
Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda 2 376 ədəd minik avtomobili istehsal olunub.
 
Dövlət Statistika Komitəsindən TED.az-a verilən məlumatına görə, ötən ilin eyni dövrünün göstəricisi ilə müqayisədə avtomobil istehsalı 45,4 faiz və ya 742 ədəd artıb.
 
Cari ilin sentyabr ayı ilə müqayisədə isə oktyabrda istehsal həcmində 58,3 faiz artım qeydə alınıb. Oktyabr ayında ölkədə 266 ədəd minik avtomobili istehsal olunub. Noyabr ayının 1-nə hazır məhsul ehtiyatı 485 avtomobil təşkil edib.

TED + bölməsindən digər xəbərlər

Daha çox