AZ

“WhatsApp”dan yenilik: Eyni zamanda həm danışacağıq, həm də birlikdə videoya baxacağıq - FOTO

 

63dfaa49f64ae15e30b409d0a6dd1f58.jpg
09.01.2024 22:57

“WhatsApp” yeni funksiya ilə istifadəçiləri sevindirməyə davam edir. Bu dəfə yenilik videozənglərlə bağlıdır.

 

Belə ki, artıq “Android” cihazlarının istifadəçiləri videozənglər zamanı ekranı paylaşarkən həmsöhbətləri ilə birlikdə videolara baxa və musiqi dinləyə biləcəklər.

 

“Ekranınızı paylaşdığınız zaman cihazınızda səsləndirdiyiniz audio partnyorunuzun cihazında da səsləndiriləcək”, - deyə ekspertlər bildiriblər.

 

Həmçinin yeni funksiya istifadəçilərə videonu işə salmağı sinxronlaşdırmağa və virtual baxış sessiyası yaratmağa imkan verir.

 

Videozəng zamanı səsi paylaşmaq seçimi artıq bəzi beta-tester üçün əlçatandır.

 

Mənbə: WABetaInfo

 

 

Texnologiya bölməsindən digər xəbərlər

Daha çox