AZ

Ən yaxşı 5 pulsuz yarış oyunu – SİYAHI

56356dfa52a4992344e7a7f2c23a35dd.jpg
24.09.2019 14:10

Ağıllı telefon və planşetlər üçün minlərlə oyun var. Bəziləri kifayət qədər əyləncəli olsa da, bir qismi uğursuz qrafika, səs effektləri kimi mənfi xüsusiyyətləri ilə yadda qalır.

 

Ən çox axtarılan, populyarlığını uzun müddət qoruyan oyunların əksəriyyəti isə yarış tiplidir.

 

Android, İOS və Windows əməliyyat sistemləri üçün çoxsaylı yarış oyunu istehsal edilib.

 

TED.az Türkiyə KİV-nə istinadən ən yaxşı 5 pulsuz yarış oyununu təqdim edir:

 

1. “Need for speed: No limits”

 

 

Ən yeni “Need for speed” oyunu olan “Need for speed: No limits” sürət baxımından digərlərini qabaqlayır.

 

Telefonların göstəricilərinə əsasən, qrafiklərin tənzimlənə bilməsinə görə, nisbətən sadə və orta güclü telefon istifadəçiləri tərəfindən çox da bəyənilməsə də, göstəriciləri yüksək cihazlarda “Need for speed: No limits” əvəzsiz oyun kimi qiymətləndirilə bilər.

 

Üstəlik, proqramı çox asan, pulsuz şəkildə yükləmək, eləcə də oyunun daxilində satın almaq mümkündür.

 

Android üçün “Need for speed: No limits” oyununu yüklə.

 

iOS üçün “Need for speed: No limits” oyununu yüklə.

 

2. “Asphalt 9: Legends”

 

 

Ən məşhur yarış oyunlarından olan “Asphalt 9” milyonlarla istifadəçi tərəfindən sevilir.

 

Onlarla avtomobil modelinin olduğu proqram Android, İOS və Windows əməliyyət sistemləri tərəfindən dəstəklənir.

 

Android üçün “Asphalt 9” yarış oyununu yüklə.

 

iOS üçün “Asphalt 9” yarış oyununu yüklə.

 

3. “Traffic racer”

 

 

Türk proqramçı Sönər Qaranın on milyonlarla yüklənmiş məşhur oyunu “Traffic racer” yeni versiyasında daha yaxşı qrafika və daha çox avtomobil modelləri ilə qarşımıza çıxır.

 

Proqramdaxili satınalma xüsusiyyəti olan oyun cihazın yaddaşında az yer tutduğundan donma problemləri yaşanmır.

 

Android üçün “Traffic racer” yarış oyununu yüklə.

 

iOS üçün “Traffic racer” yarış oyununu yüklə.

 

Windows üçün “Traffic racer” yarış oyununu yüklə.

 

4. “Real racing 3”

 

 

Möhtəşəm qrafikası və səs effektləri ilə diqqət çəkən oyun “Need for speed” seriyasının istehsalçısı EA Games tərəfindən yayımlanıb.

 

Ölçüsü böyük olsa da, uzun müddət sıxılmadan oyanaya biləcəyiniz yarış oyunudur.

 

Android üçün “Real racing 3” yarış oyununu yüklə.

 

iOS üçün “Real racing 3” yarış oyununu yüklə.

 

5. “GT racing 2”

 

 

“Real Racing 3”ün ən böyük rəqibi olan oyun “Asphalt 9” seriyasının istehsalçısı Gameloft tərəfından yayımlanıb. Uğurlu qrafikası ilə diqqət çəkən oyunda fərqli gecə, gündüz və müxtəlif hava şəraiti seçimləri də var.

 

Android üçün “GT racing 2” yarış oyununu yüklə.

 

iOS üçün “GT racing 2” yarış oyununu yüklə.

 

Windows üçün “GT racing 2” yarış oyununu yüklə.

Texnologiya bölməsindən digər xəbərlər

Daha çox