AZ

Azərbaycandan Türkiyəyə pul köçürmələri azalıb

8b749617f388ab694ce111f825e6f595.jpg
12.04.2024 13:35

2023-cü ildə Azərbaycandan Türkiyəyə 146 milyon 140 min ABŞ dolları pul köçürülüb.

 

TED.az Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, 2022-ci illə müqayisədə 19 % azdır.

 

Hesabat dövründə Azərbaycandan Türkiyəyə pul köçürmələrinin ümumi köçürmələrdə payı 26,2 %-dən 26,6 %-ə çatıb.

 

Ötən il Türkiyədən Azərbaycana isə 164 milyon 316 min ABŞ dolları pul köçürülüb. Bu isə əvvəlki ilə nisbətən 34,5 % çoxdur.

 

İl ərzində Türkiyədən Azərbaycana pul köçürmələrinin ümumi köçürmələrdə payı 3,4 %-dən 9,9 %-ə çatıb.

TED + bölməsindən digər xəbərlər

Daha çox