AZ

Bu ilin ilk rübü ərzində ƏƏSMN-də və qurumlarında 498 min vətəndaş qəbul edilib

 

11e227171b1f3481467b4c0196735d20.jpg
18.04.2024 11:57

Yazılı və e-qaydada, “142” Çağrı mərkəzi və sosial şəbəkələr üzərindən edilmiş 554,3 min vətəndaş müraciəti cavablandırılıb

 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) və qurumları tərəfindən bu ilin ilk rübündə 498 min vətəndaşın qəbulu həyata keçirilib.

 

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən TED.az-a verilən məlumata görə, onlardan 30 min nəfəri nazirliyin Aparatının və qurumlarının, yerli bölmələrin rəhbər şəxsləri tərəfindən, 468 min nəfəri nazirliyin Aparatının və qurumlarının, yerli bölmələrin qəbul otaqlarında, habelə DOST mərkəzlərində qəbul edilib.

 

Həmçinin 2024-cü ilin yanvar-mart aylarında 554,3 min (o cümlədən yazılı və e-qaydada 129 min, sosial şəbəkələr üzərindən 22,3 min, “142” Çağrı mərkəzi vasitəsilə 403 min) vətəndaş müraciəti cavablandırılıb.

 

Hər bir vətəndaş müraciəti qanunvericiliyin tələblərinə uyğun şəkildə araşdırılaraq cavablandırılıb, müraciətlərdə əksini tapan məsələlərlə əlaqədar aidiyyəti tədbirlər görülüb. Həmçinin sorğu xarakterli müraciətlərlə bağlı izahatlar verilib.

TED + bölməsindən digər xəbərlər

Daha çox