AZ

Bakı Ali Neft Məktəbi ilə Özbəkistan universitetləri arasında əməkdaşlıq imkanları müzakirə olunub

 

9b1e8e17119508e71efd35e412c81f8c.jpg
18.04.2024 15:20

SOCAR-ın Bakı Ali Neft Məktəbinin (BANM) Keyfiyyətin təminatı şöbəsinin rəisi Güldanə Hidayətli və Beynəlxalq əlaqələr şöbəsinin böyük metodisti Nəzrin Əliyeva Özbəkistanın Daşkənd şəhərində ezamiyyədə olublar.

 

Bu barədə TED.az-a BANM-dən məlumat verilib.

 

BANM-in əməkdaşları Mərkəzi Asiya Universiteti, Daşkənd Kimya Texnologiya İnstitutunda görüşlər keçirib, Özbəkistanın Əl-Biruni Beynəlxalq məktəbi, o cümlədən Daşkənd şəhərində fəaliyyət göstərən bir sıra orta məktəblərdə yuxarı sinif şagirdləri üçün BANM haqqında təqdimatlar edib, həmçinin Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyevlə görüşüb, səfirliyin nəzdindəki Heydər Əliyev adına Mərkəzi ziyarət ediblər.

 

Daşkənd Kimya Texnologiya İnstitutunda keçirilən görüşdə neft-qaz mühəndisliyi və kimya mühəndisliyi ixtisasları üzrə ikili diplom proqramları, tələbə mübadiləsi və Bakıda Özbəkistan tələbələri üçün yay məktəblərinin təşkili ilə bağlı əməkdaşlıq imkanları müzakirə olunub.

 

BANM əməkdaşları, həm də “Uzbekneftqaz” şirkətində Biznesin inkişafı üzrə şöbə rəisi Suhrob Annamuradov ilə görüşüblər. Görüşdə şirkət əməkdaşlarının BANM-də qısamüddətli proqram əsasında təhsil almaları və digər məsələlər müzakirə edilib.

TED + bölməsindən digər xəbərlər

Daha çox