AZ

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi vətəndaşlara müraciət edib

 

dd894d561fc62e05fdc140e33b081370.jpg
18.04.2024 16:20

Bakı şəhərinin mərkəzi küçə və prospektlərində olan svetoforlar birbaşa Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi tərəfindən idarə olunur və müşahidə kameraları vasitəsilə yollara nəzarət edilir. Svetoforların iş rejimində problem yarandıqda kameraların köməyi ilə qeydə alınır və aradan qaldırılması üçün texniki əməkdaşlar əraziyə göndərilir.

 

TED.az xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin vətəndaşlara müraciətində bildirilib.

 

Qeyd edilib ki, bəzi hallarda kameraların olmadığı, paytaxtın nisbətən kənar yollarında yerləşən svetoforlarda texniki səbəblərdən və ya yol-nəqliyyat hadisələri nəticəsində nasazlıq yaranır və bunu dərhal aşkar etmək mümkün olmur.

 

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi yol hərəkəti iştirakçılarının təhlükəsiz hərəkətini və operativliyin təmin edilməsi məqsədilə vətəndaşlardan xahiş edir ki, paytaxt ərazisində yerləşən svetoforlarda hər hansı problemlə rastlaşdıqda Mərkəzin 24 saat rejimdə çalışan +994 12 404 41 22 telefon nömrəsinə məlumat versinlər.

TED + bölməsindən digər xəbərlər

Daha çox