AZ

Dünyada cəmi beş ədəd olan avtomobildən biri satışa çıxarılıb - FOTO

 

7a0f0aaf14a0198a299d1b3a195a0a63.jpg
18.04.2024 21:57

“Bugatti Veyron Pur Sang” avtomobili “Piston Heads” saytında satışa çıxarılıb.

 

Bu, “Veyron”un 2007-ci ildə cəmi beş nüsxə ilə buraxılmış xüsusi versiyasıdır. Avtomobilin qiyməti barədə məlumat verilməyib.

 

“Veyron Pur Sang”ın baza modeldən başlıca fərqi korpusda boya olmamasıdır. Fransız dilindən “təmiz” kimi tərcümə olunan “Pur Sang”ın kuzovu alüminium və karbon lifindən ibarətdir.

 

Bundan əlavə, avtomobilin çəkisi baza versiyası ilə müqayisədə 100 kiloqram azdır.

 

Xatırladaq ki, orijinal “Bugatti Veyron” 2005-ci ildə satışa çıxıb. 1939-cu ildə 24 saat Le Man yarışında qalib gələn Pyer Veyronun adını daşıyan avtomobil 1 000 at gücündən çox güc istehsal edən səkkiz litrlik “W-16” mühərriki ilə təchiz edilib.

 

Mənbə: championat.com

Dünya bölməsindən digər xəbərlər

Daha çox