AZ

Məktəblilər ölkəmizi Avropada təmsil edəcəklər

 

6518a31937cb9e77e32057a1142c79f7.jpg
19.04.2024 10:20

Yeddi nəfər paytaxt məktəblisi İqtisadiyyat müsabiqəsinin məktəb turunda uğurlu nəticə göstərib.

 

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən TED.az-a bildirilib ki, müsabiqənin məktəb turunda IX-XII sinif şagirdləri Azərbaycan, rus və ingilis dillərində onlayn imtahan veriblər.

 

Belə ki, 310 nömrəli tam orta məktəbin şagirdi İsfəndiyar Xəlilzadə, 160 nömrəli Klassik Gimnaziyanın şagirdi Nəzrin Süleymanova, 90 nömrəli tam orta məktəbin şagirdi Əli Zülfüqarov, 72 nömrəli məktəb-liseyin şagirdi İslam Əfəndiyev, 5 nömrəli tam orta məktəbin şagirdləri Əli Zeynallı və Maqsud Maqsudov, 27 nömrəli tam orta məktəbin şagirdi Səid Dünyamalızadə məktəb turunda göstərdikləri yüksək nəticəyə əsasən aprelin 24-də müsabiqənin regional tur imtahanında iştirak edəcəklər. Ölkə üzrə ən yüksək nəticə göstərmiş 5 şagird Yunanıstanın Afina şəhərində keçiriləcək beynəlxalq turda iştirak etmək imkanı qazanacaq.

 

Qeyd edək ki, İqtisadiyyat müsabiqəsi İqtisadi və Sosial İnkişaf Mərkəzi, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi və Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin dəstəyi ilə keçirilir. İqtisadiyyat müsabiqəsinin məqsədi orta məktəb şagirdləri arasında iqtisadiyyat və maliyyə savadlılığına marağı artırmaq və iqtisadi təhsili təşviq etməkdən ibarətdir.

TED + bölməsindən digər xəbərlər

Daha çox