AZ

Məleykə Abbaszadə gənclərə çağırış etdi: Özlərini aldatmasınlar

 

e87609a5a1dc806cde7a86fc430f0300.jpeg
19.04.2024 11:57

“Ali məktəbə qəbul olmaq üçün yalnız bal toplamaq kifayət etmir. Gənclər gələcəkdə nə ilə məşğul olmaq istədiklərini anlamalıdırlar”.

 

Bu fikirləri TED.az-a açıqlamasında Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.

 

DİM sədrinin fikrincə, yalnız kifayət qədər bal toplamaq, hansısa ixtisasa qəbul olmaq düzgün yanaşma deyil: “Belə olduqda abituriyentlər 4 il itirirlər. Sual verməlidirlər, nə üçün o universitetə gedirlər, hansı ixtisasla məşğul olmaq istəyirlər? Gənclər arzulamağı bacarmalıdırlar. Arzuları onların gələcək həyatlarında yalnız hansısa maddi maraqlarla əlaqələndirilməməlidir. Nə ilə məşğul olacaqlar? Hansı töhfəni verə biləcəklər? Mütəxəssis kimi özlərini hansı sahədə görürlər? Bu suallara cavab tapmalıdırlar, özlərini aldatmasınlar. Çox zaman insanlar özlərini aldadırlar ki, “bacarıram, amma oxumuram”. Bu, yalandır. Oxumağı bacaran oxuyur və nəticə əldə edir”.

 

TED + bölməsindən digər xəbərlər

Daha çox