AZ

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin təşəbbüsü ilə AzTU-da yeni laboratoriya açılıb

 

1ee4040fbbbc41736de7c61612439d37.jpg
24.04.2024 14:20

Azərbaycan Texniki Universiteti (AzTU) növbəti dəfə ilkə imza atıb.

 

TED.az xəbər verir ki, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin təşəbbüsü ilə AzTU-da 5G texnologiyaları əsasında qurulan tədris laboratoriyasının açılışı olub. AzTU-nun İnformasiya və telekommunikasiya texnologiyaları fakültəsində açılan yeni laboratoriya XPON texnologiyası və daha aşağı maliyyə ilə 5G stansiyaları üçün transmissiya təmin etmək imkanı verir.

 

Açılış mərasimində AzTU-nun və İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin rəhbər heyətləri, şirkət rəhbərləri və digər qonaqlar iştirak ediblər. Onlar laboratoriyada yaradılan şəraitlə yaxından tanış olublar.

 

Laboratoriya haqqında məlumat verən AzTU-nun Radiotexnika və telekommunikasiya kafedrasının müdiri professor Mehman Həsənov bildirib ki, 5G təkcə mobil texnologiyalara aid olmayıb, eyni zamanda, son ildə müasir ağıllı ev, tibb, nəqliyyat, hərb və sənaye əşyalarının idarə olunması üçün geniş istifadə olunur. Laboratoriyanın açılmasında məqsəd əmək bazarının tələblərinə uyğun yerli kadrların hazırlanmasıdır. Laboratoriyada müvafiq istiqamət üzrə tədqiqatlar da aparılacaq.

 

Daha sonra keçirilən görüşdə yeni laboratoriyanın ölkənin texnoloji inkişafında əhəmiyyətindən söz açılıb. Bildirilib ki, bu təşəbbüs yeni həllərin və tədqiqatların inkişaf etdirilməsi üçün geniş imkanlar yaradacaq.

 

İlkin mərhələdə universitetin İnformasiya və telekommunikasiya texnologiyaları fakültəsinin 800-ə yaxın tələbəsinə və müəllim heyətinə avadanlıqlardan düzgün istifadə qaydalarına dair təlimat veriləcək. Eyni zamanda, istifadəyə veriləcək laboratoriya yerli şirkətlərə açıq olacaq ki, bununla da şirkətlər avadanlıqlar üzərində sınaq və təcrübə prosesləri həyata keçirə biləcəklər.

TED + bölməsindən digər xəbərlər

Daha çox