AZ

Hindistanın Racastan ştatında PUA qəzası baş verib

 

96fb08d09fd31dff6322d1378668930d.jpg
25.04.2024 10:40

Hindistan Hərbi Hava Qüvvələrinə məxsus PUA ölkənin qərbindəki Racastan ştatında qəzaya uğrayıb.

 

TED.az “İndia Today” saytına istinadla xəbər verir ki, qəza nəticəsində insan tələfatı və maddi zərər qeydə alınmayıb. Pilotsuz təyyarə ştatın paytaxtı Caypurdan təxminən 600 kilometr qərbdə təlim uçuşu zamanı yerə çırpılıb.

 

Hadisə ilə bağlı araşdırmalara başlanılıb.

 

Xatırladaq ki, keçən ay Hindistan Hərbi Hava Qüvvələrinin “Tejas” təyyarəsi də təlim zamanı qəzaya uğramışdı.

Dünya bölməsindən digər xəbərlər

Daha çox