AZ

Bakı dairəvi avtomobil yolunun bir hissəsində təmir işləri başa çatıb

 

fc88fcdfe2d26eedf8e5ec9080d9977d.jpg
26.04.2024 10:00

Bakı dairəvi avtomobil yolunun bir hissəsində təmir işləri aparılıb.

 

Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) TED.az-a bildirilib ki, təmir işləri Bakı Beynəlxalq Avtovağzal Kompleksindən Bakı dairəvi avtomobil yoluna çıxış hissədə (estekadadan YDM-dək) aparılıb.

 

Təmir çərçivəsində köhnə və yararsız asfalt-beton örtüyü frezlənərək kənara daşınıb, ardınca isə yeni asfalt-beton örtüyünün döşənməsi işləri aparılıb.

 

Sonda üfüqi nişanlanma xətlərinin çəkilişi işləri icra olunmaqla yol yenilənmiş şəkildə yenidən sürücülərin istifadəsinə verilib.

TED + bölməsindən digər xəbərlər

Daha çox