AZ

Ayın üzərində ilk reklam yerləşdirilib

 

40aa635eabc641c07ded82c8d61b9baa.jpg
26.04.2024 11:20

Xabarovsk sakinləri sensasiyalı hadisənin şahidi olublar. Onlar Ayın üzərində “VK Video. Ulduzlar göründüyündən daha yaxındır” yazısını oxuyublar. TED.az  Rusiya mediasına istinadla xəbər verir ki, güclü lazer və ya işıqfordan istifadə etməklə yaradılmış proyeksiya Yerin təbii peykində yayımlanan dünyanın ilk reklamıdır.

 

Rusiyanın böyük brendi olan VK hətta əvvəllər öz raketlərində reklam yerləşdirməyi təklif edən “Roskosmos”u da geridə qoyub. Aydan nəhəng reklam lövhəsi kimi istifadə marketinq dünyasında yeni eranın başlanğıcını qoyan görünməmiş bir addımdır.

 

“VK Video” reklamının Ayda görünməsi bu platformada yumor ayına və məşhur simaların əsas mükafat - 20 milyon rubl üçün yumoristik komandalarda yarışdığı yeni “Ulduzlar” şousunun premyerasına təsadüf edir.

Dünya bölməsindən digər xəbərlər

Daha çox