AZ

Rusiya ordusu modernləşdirilmiş BMD-2 PDM-lərini təhvil alıb

 

21626b435b2bfa7a152f4e96df5b1e53.jpg
26.04.2024 15:40
Rusiya Müdafiə Nazirliyi BMD-2 Piyada Döyüş Maşınlarının (PDM) BMD-2M standartına uyğun modernləşdirilməsinin tamamlanaraq, orduya təhvil verildiyini açıqlayıb.

 

TED.az xəbər verir ki, 2021-ci ildə başlanacağı bildirilən modernləşdirmənin əsas məqsədinin vasitələrin BMD-2M standartlarına uyğun silahlanmasını təmin etmək olduğu bildirilib.

Vasitələrə BMD-2 vasitəsinin standart silahı olan 2A42 30 mm-lik avtomatik top və PKT 7,62 mm-lik pulemyotdan əlavə, “Kornet” ATGM üçün 2 buraxılış qurğusu və AGS-17 30 mm-lik avtomatik qumbaraatan əlavə edilib.

Məlumata görə, lazer məsafə ölçən, termal görüntüləmə kameraları və hədəf izləmə funksiyasına sahib yenilənmiş nişangah kompleksi də vasitələrə əlavə edilib.

Modernləşdirilmiş BMD-2-nin istehsal həcmi ilə bağlı Rusiya mətbuatında müxtəlif rəqəmlər ortaya çıxıb. Rusiya mətbuatında yayılan məlumata görə, 2021-ci ildə orduya 200, 2021-ci ildə isə 600 vasitə təhvil veriləcəkdi.

Lakin məlumata görə, Ukrayna müharibəsi səbəbindən Rusiyanın “Rostec” dövlət korporasiyası “prioritetləri bəhanə edərək”, çatdırılmaları dəfələrlə təxirə salıb.

Dünya bölməsindən digər xəbərlər

Daha çox